“Sən qorxaqsan və alnına xain damğası vurulub” - Sarqsyandan Paşinyana sərt cavab
6-12-2020, 10:41
150

“Sən qorxaqsan və alnına xain damğası vurulub” - Sarqsyandan Paşinyana sərt cavab

“Qarabağ problemi ilə bağlı danışıqlar prosesindən kim nə danışırsa, danışsın, sən susmalısan, Nikol Paşinyan! Sənin bildiyin, danışıqların tarix, özünün də ifadə etdiyin kimi, “savadlı” və “konstruktiv” Əliyev tərəfindən səsləndirilib. Sən ona o qədər inanmısan öz ölkənin əvvəlki liderlərindən prosesi ətraflı öyrənməyi belə, lüzumsuz hesab etmisən. Deməli, sən bizim düşmənimizə qeyd — şərtsiz etibar etmisən, siyasi opponentlərinə isə yox. Məhz buna görə də sən danışıqlar prosesinin mənasını və məqsədlərini hələ də başa düşməmisən”. 
Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın rəsmi ofisi tərəfindən yayılan bəyanatda belə deyilir.
Bəyanatında həmçinin xatırladılır ki, Azərbaycan prezidenti İlham Əliyev onu aşağılayanda, gülüb istehza edəndə belə, cavab verməyə belə cəsarət göstərməyib. Sarqsyanın sözlərinə görə, İlham Əliyevin bu çıxışları dünyanın istənilən yerində yaşayan hər bir ləyaqətli erməni üçün böyük rüsvayçılıq və təhqir idi. Sarqsyan Baş naziri yalnız öz siyasi opponentlərinə hücum etməyə, erməni xalqının düşməni qarşısında isə diz çökməkdə ittiham edib.
“Sən qorxaqlara xas olan manipulyativ fəndlər vasitəsilə tarixi vicdansızcasına saxtalaşdırmağa, öz biabırçı məğlubiyyətlərini ört-basdır etməyə, məsuliyyətdən qaçmağa çalışırsan. Son iki il yarım ərzində sən Qarabağ münaqişəsinin yalnız torpaqların təhvil verilməsi və ya verilməməsi istiqamətində həlli prosesini apardın, halbuki səndən əvvəlki hakimiyyətlər “Arsax”ın kompromislərlə Azərbaycanın tərkibindən necə çıxması barədə düşünürdülər”, – deyə Sarqsyanın bəyanatında bildirilir.
Sabiq prezident bəyanatında söz verib ki, gələcəkdə bu və digər məsələlər üzərində geniş dayanacaq.
“Bundan sonra müstəqil Ermənistanın bütün keçmiş hakimiyyətləri “Vətən”i ləyaqətlə müdafiə etmiş, torpaqlarını qurtarmış komanda kimi tarixə düşəcəklər, sən isə öz kreslosu uğrunda müharibədə nalayiq şəkildə məğlubiyyətə uğramış, “Artsax” torpağını təslim etmiş, danışıqlar aparmağa qadir olmayan və “Arsax”ı və Ermənistanı ciddi təhlükə altında qoyan, alnına xain damğası vurulmuş qorxaq kimi anılacaqsan. Tarix faktlarla yazılır“, – deyə Serj Sarqsyan qeyd edib.
Qeyd edək ki, Paşinyan bu gün Ermənistanın digər eks-prezidenti Robert Köçəryana cavab verərək bildirmişdi ki, Dağlıq Qarabağ məğlubiyyətinin təməlləri 25 il əvvəl qoyulmuşdu. Odur ki, Köçəryan kimi adamlar gərək Paşinyanı məğlubiyyətdə günahlandırmaya. Paşinyana cavab isə Köçəryandan yox, digər eks-prezidentdən gəlib.

Oxşar xəbərlər

Serj Sarqsyanın arvadı ağır vəziyyətdə reanimasiyada...
“Paşinyan dərhal getməlidir, məğlub lider danışıqlar apara bilməz” - Melkumyan
Sarkisyan Paşinyanı təhqir etdi: "Sən alnına satqın yazılan qorxaq rəhbərsən"
Boş dəbilqələr: Düşmənin etiraf etmədiyi itkilərinin görüntüləri - FOTO
"Ermənistanla heç bir danışıq olmayacaq" - deputat
Aİ Şurasının Prezidenti İlham Əliyevə zəng edib
Son addımını at və çıx get - Paşinyana təklif
“Daşaltı azad edilib, döyüşlər Şuşa yaxınlığında gedir” - Markov
“Başqa plan mövcud deyil!” - MÜSAHİBƏ
“Biz Şuşanı döyüş meydanında qazandıq” - Ali Baş Komandan
Müdafiə Nazirliyi Serj Sarqsyana cavab verib
Onlar da Paşinyana qarşı çıxdı: Ermənistanda gərginlik
İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı - Əli Həsənov
Putin bunu Paşinyana mütləq deməlidir, əks halda... - Ərdoğandan sərt mesaj
İlham Əliyev Paşinyan barədə: "Onunla görüşməkdə bir məna görmürəm"
Putinlə İlham Əliyev Qarabağ məsələsini müzakirə etdi
"Gəncədə mülki vətəndaşlara hücum onların təcavüzkar siyasətini əks etdirir" - Prezident
Peskovdan Paşinyanın Putinlə bağlı açıqlamasına Reaksiya
Əliyev Paşinyanı darmadağın etdi: Nikol yalana əl atdı
“Çıxardın atın yeşiyə o dəmir-dümürləri…” – İlham Əliyev
Sülhməramlılar Gorusdan Dağlıq Qarabağa yola düşüb
Nə oldu, Paşinyan? - Yoxdur status və olmayacaq! (VİDEO)
Ceyhun Bayramov: “Danışıqlar konkret məsələlər ətrafında aparılmalı, substantiv olmalı, imitasiya edilməməlidir”
“Sən tualetə girib qapını bağlayırsan…” – Paşinyan xalqa müraciətində nələr dedi?
Yerevanla Moskva arasında yeni Qarabağ müzakirəsi - Paşinyan bir saatda iki dəfə Putinə zəng edib
Erməni milyonçunun Paşinyana məktubu Ermənistanı silkələdi
Erməni generaldan Paşinyana cavab: - “Onun psixi problemləri var”
İlham Əliyev Putinlə Türkiyə sülhməramlıları haqda danışdı
Putin Paşinyanı niyə rədd etdi? – Sarkisyanın Moskva səfərinin pərdəarxası
“Tələ” bağlananda Yerevan konkret substantiv danışıqlar aparmaq istəyəcək”