Azərbaycanlılar Almaniyadan deportasiya edilir
6-12-2020, 11:22
140

Azərbaycanlılar Almaniyadan deportasiya edilir

Almaniyada miqrasiya idarələrinə saxta sənəd təqdim edərək sığınacaq üçün müraciət edən 12 Azərbaycan vətəndaşı barəsində deportasiya qərarı çıxarılıb.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, 2015-2017-ci illərdə Almaniyaya gələrək, bu ölkədən sığınacaq istəyən 4-ü bir ailədən olmaqla ümumilikdə 12 Azərbaycan vətəndaşı haqqında ölkədən məcburi çıxarılma ilə bağlı idarə məhkəmələri qərar verib.

Əldə etdiyimiz məlumata görə, həmin şəxslərin sığınacaq statusu ala bilməmələrinə səbəb Almaniya miqrasiya orqanlarına təqdim etdikləri saxta sənədlər olub. Bu, sənədlərin həqiqiliyinin Azərbaycanın müvafiq dövlət orqanlarına verilən sorğu ilə araşdırılması zamanı ortaya çıxıb. Eyni zamanda bu sənədlərin hazırda Almaniyada istintaqı davam edən "Mühacir alveri”i işində adı hallanan şəxslərdən biri vasitəsi ilə əldə edildiyi müəyyən olunub.

Deportasiya ediləcək Azərbaycan vətəndaşları hazırda Almaniyanın Şimali Reyn-Vestfaliya və Bavariya əyalətində yaşayırlar.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən verilən məlumata görə, bu ilin noyabr ayında ümumilikdə 3 510 nəfərin qaçqın statusu üçün müraciəti federal idarənin yerli şöbələri tərəfindən rədd edilib.

Oxşar xəbərlər

Bir qrup azərbaycanlının Almaniyadan deportasiyası təxirə salındı
Ukraynada güllələnən azərbaycanlı tələbələr ölkədən deportasiya olundu
Almaniya erməniləri məyus etdi
Sığorta haqlarını ödəməyənlərin ölkədən çıxışına qadağa qoyulacaq
Azərbaycanda sənədləri saxtalaşdıran şəxs Almaniyada tutuldu
Prokuror hökumət əleyhinə çağırışlar edən Elvin İsayevə cəza istədi
Azərbaycan türkiyəlini Niderlanda ekstradasiya etməkdən imtina etdi
Azərbaycan türkiyəlini Niderlanda ekstradasiya etməkdən imtina etdi
Saxta arayış satan şirkət rəhbəri tutuldu - FOTO/VİDEO
Dövlət Komitəsi haqqında yayılan məlumatlara cavab verdi
Vejnəli qızıl yatağının talanmasına görə 3 nəfər barəsində beynəlxalq axtarış elan olunub
Peqovun cinayətləri ilə bağlı Rusiyaya müraciət edildi
Almaniyada bütün ticarət mərkəzləri və mağazalar fəaliyyətini bərpa edir
Azərbaycanda məşğul şəxslər barədə elektron reyestr yaradılacaq
İranda “saxta tibb bacısı” əməliyyatı
Azərbaycanda iki milyon manatlıq mənimsəmə: Vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
Saxta alkoqollu içkilər hazırlayan şəxs həbs edilib
Polis qanunsuz balıq ovlayanları saxladı
Anar Kərimov onu direktor müavini TƏYİN ETDİ
Elvin İsayevin məhkəməsi başlayır
Aztəminatlı azərbaycanlılara XOŞ XƏBƏR
Almaniyada “Payız mövsümü”: Seyran rüzgarı əsəcək
Hacı Qaliblə vətəndaşın 20 sot torpaq davası - BŞİH problemə əl qoydu
ABŞ 9 500 əsgərini Almaniyadan çıxarır
Bakıda "general" həbs edildi
“Şalke” klubunun ölü bilinən sabiq futbolçusunun sağ olduğu ortaya çıxdı
Daha bir vəzifəli şəxsə cinayət işi açıldı
Azərbaycan gömrüyü dünya avtomobil nəhənglərinin şərikinə çevrilib – Vətəndaşlar imdad diləyir
«Lider-N» MTK-nın rəhbəri Nazim Quliyev Anarı intihara məcbur edir
Britaniyada koronavirus səbəbindən qaydalar yenidən sərtləşir