İranın Fars, Buşehr və Hormuzqan vilayətlərində yağan güclü yağış selə səbəb olub.
Bu barədə İran Risklərin İdarə olunması Agentliyin sədri İsmayıl Neccar yerli mətbuata açıqlama verib. Onun sözlərinə görə, sel fəlakəti nəticəsində 9 nəfər həyatını itirib:
"Fars əyalətində 2, Hormuzqanda isə 7 nəfər ölüb. Selin təsirli olduğu bölgələrdə yardım işləri davam edir".