Üç ölkə İrana xəbərdarlıq edib
7-12-2020, 22:51
89

Üç ölkə İrana xəbərdarlıq edib

Almaniya, Böyük Britaniya və Fransa Tehrana xəbərdarlıq edib.
Gündəlik Bakı  Fransa Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən xəbər verir ki, İranın nüvə proqramını genişləndirəcəyi və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İrandakı monitorinq fəaliyyətini məhdudlaşdıracağı ilə bağlı bəyanata cavab olaraq Almaniya, Britaniya və Fransa Xarici İşlər nazirliklərinin sözçüləri birgə bəyanat yayıblar. 
"Biz, Almaniya, Britaniya və Fransa hökumətləri Hərtərəfli Birgə Fəaliyyət Planını qorumaq üçün yorulmadan çalışmışıq. Bu, çoxtərəfli diplomatiyanın və nüvə silahının qlobal yayılmamasının əsas nailiyyətidir. Bu razılaşmanın İranın nüvə proqramının müstəsna dinc təbiətinə, eləcə də beynəlxalq sülhə və təhlükəsizliyə inam yaratmağa töhfə verəcəyinə ümid edərək inamla danışıqlar apardıq. İranın nüvə proqramını monitorinq etmək və məhdudlaşdırmaq üçün bu razılaşma ən yaxşı və hazırda yeganə yol olaraq qalır", - deyə birgə bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, İranın Natanzdakı Yanacaq Zənginləşdirmə Zavodunda əlavə inkişaf etmiş üç sentrifuqa kaskadı qurmaq niyyətində olduğunu BAEA-ya bildirməsi Hərtərəfli Birgə Fəaliyyət Planına ziddir və çox narahatedicidir: "İran Parlamentinin qəbul etdiyi və tətbiq olunacağı təqdirdə İranın nüvə proqramını əhəmiyyətli dərəcədə genişləndirəcək və BAEA-nin monitorinq girişini məhdudlaşdıran qanunu böyük narahatlıqla qeydə aldıq. Bu tədbirlər razılaşmaya və İranın daha geniş nüvə öhdəliklərinə ziddir. İran diplomatiya sahəsində əldə olunan imkanları qorumaq məsələsində ciddidirsə, bu addımları həyata keçirməməlidir. Belə bir addım Hərtərəfli Birgə Fəaliyyət Planını qorumaq üçün ortaq səylərimizi təhlükə altında qoyacaq və eyni zamanda, ABŞ-ın yeni rəhbərliyi ilə danışıqlara qayıtmaq üçün vacib fürsəti pozmaq riskinə malikdir. Bu razılaşmaya əməl etmək İran üçün də faydalı olardı". (APA)

Oxşar xəbərlər

Britaniya XİN başçısı: “Belarusdakı seçkilərin nəticələrini tanımırıq”
Lavrovla Zərif Qarabağı müzakirə etdi
Qorbaçovun bu faciəvi səhvi dünya düzənini dəyişdi
Cenevrə görüşünə dair bəyanat yayıldı - Razılaşmanın bəndləri
Monitorinq Mərkəzində Türkiyə və Rusiya hərbçilərinin sayı eyni olacaq
Azərbaycan Fransaya yenə nota verdi - Səfir XİN-ə çağırıldı
“Brexit”in baş verəcəyi üçün kədərlənirəm” - Avropa Komissiyasının Prezidenti
Fransa səfiri Pakistan Xarici İşlər Nazirliyinə çağırıldı
İranın Xarici İşlər naziri cəbhədəki gərginlikdən narahatlığını ifadə etdi
Fransa XİN Senatın qərarına münasibət bildirib
Səudiyyə Ərəbistanında Fransa konsulluğuna hücum edildi
Ceyhun Bayramov Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşdü
İranın Şuşa təbriki
Ərdoğanın nüvə açıqlamasına Rusiyadan baxış
Azərbaycan XİN Fransa XİN rəhbərinin bəyanatına cavab verdi
Tramp, Putin və Makron Qarabağla bağlı birgə bəyanat verəcəklər
İsrail Səudiyyə Ərəbistanının nüvə obyekti tikməsindən narahat olub
Rəsmi Moskvadan Türkiyəyə çağırış
Husilər 3 alayı darmadağın etdi: İrana hücum olacaq?
Litva "Hizbullah"ı terror təşkilatı kimi tanıyıb
40 il sonra üzə çıxan sirlə bağlı ŞOK FAKTLAR - ABŞ yəhudi dövlətinin əməllərini niyə gizlətdi?
Trampdan şok etiraf: Türkiyədəki nüvə silahlarımız…
Britaniya XİN Qarabağ razılaşmasına münasibət bildirib
Bu ölkə Bakıya uçuşu BƏRPA EDİR
Kamal Abdulla təqaüd proqramını müzakirə etdi
Qətərdə Fransa malları boykot edilir
Böyük Britaniya 90 milyon doza həcmində COVID-19 peyvəndi sifariş etdi
“Makronun ağılsız açıqlamaları onun təcrübəsiz olduğunu göstərir“ - İran rəsmisi
Fransa Parlamentinin bir qrup üzvü Dağlıq Qarabağa gəlir?  - XİN-dən münasibət
Pandemiyadan ən çox zərər çəkən inkişaf etmiş ölkə məlum oldu