Xarici medianın xəbərinə görə, dəniz səviyyəsindən 6 min metr yüksəklikdə çətin coğrafi mövqedə və sərt iqşlim şəraitində məskunlaşan bu insanların ən az yaşayanı 110 il ömür sürür, 65 yaşı yolun yarısı hesab edirlər. Hunza türkləri uzun illər araşdırmaçıların, alimlərin diqqətini çəkiblər, onların haqqında maraqlı tədqiqatlar aparılıb. Məlum olub ki, heç bir xalq onlar qədər sağlam deyil. Əsas sirr onların bol oksigenli hava ilə nəfəs almalarındadır.
Sağlam qidalanmağa önəm verirlər. Əsasən öz yetişdirdikləri meyvə, tərəvəz və ət məhsulları ilə qidalanırlar. Uzun sürən sərt qışda inək, keçi, yay aylarında quş ətinə üstünlük verirlər. Ədviyyatlardan istifadə etməklə immunitetlərini güclü saxladıqlarını düşünürlər. Alimlərin fikrincə, Hunzalar rutunləşmiş həyat tərzlərinə görə sağlam və uzunömürlüdürlər. Onlar minillik ənənələrə sadiq qalaraq, demək olar ki, dəyişmədən yaşayırlar. Bu da stressiz həyat deməkdir.
Maraqlıdır ki, bu xalqın nümayəndələri arasnda bir nəfər də xərçəng xəstəsi olmayıb. Əsasən ovçuluq, heyvandarlıqla məşğul olan Hunzalar köçəri həyat sürürlər. Dilləri qədim türk dillərini xatırladır və asta danışanda anlamaq olur.
Hunza qadınları 65-70 yaşında təbii yollarla ana olurlar, 100 yaşda ölən soydaşlarını “gənc ölü” deyib ağlayırlar. Böyük əksəriyyəti İslam dininə inanır. Amma qədim türk inanclarını da yaşadırlar. Aralarında şamanlar, təbiblər var. Xəstələnəndə dağlar başında ulu babalarının ruhlarını çağıraraq kömək istəyir, bu yolla şəfa tapdıqlarına inanırlar.








