Rusiyaya Qarabağla bağlı dördtərəfli görüşün təşkili ilə bağlı Türkiyədən rəsmi müraciətlər daxil olmayıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
"Biz KİV-də bununla bağlı materiallar gördük, lakin Türkiyə tərəfdən rəsmi müraciət almadıq. Biz beynəlxalq gündəliyin müxtəlif aspektləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyət və 3+3 regional məsləhətçi platforması çərçivəsində birgə işin parametrləri üzrə Ankara ilə sıx dialoqu davam etdiririk", - deyə Zaxarova vurğulayıb.