Yekaterinburq hamilə qadın metroda qatarın altına düşüb.
Rusiya mediası bildirir ki, hadisə “Prospekt Kosmonavtov” stansiyasında baş verib. 39 yaşlı sərnişinin relslərə yıxılması səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb. Qadın çoxlu bədən xəsarətləri ilə vaqonun altından çıxarılaraq xəstəxanaya çatdırılıb.
Məlumata görə, qadın artıq əməliyyat olunub. Ancaq hamilə xəstənin vəziyyətinin təfərrüatları hələ açıqlanmır. Proqnozların optimist olduğu qeyd edilir.