Rusiyanın müdafiə naziri İranda rəsmi səfərdədir.
Bu barədə İran KİV məlumat yayıb. 
Qeyd olunub ki, rusiyalı nazir artıq iranlı həmkarı ilə görüşə başlayıb: "Rusiya Federasiyasının müdafiə naziri general Sergey Şoyqu Tehranda rəsmi səfərdədir və ölkəmizin silahlı qüvvələrinin bir qrup yüksək vəzifəli şəxsləri ilə görüşəcək". 
***14:39
Rusiya müdafiə naziri Sergey Şoyqu İrana səfər edib. 
Bu barədə  İranın "Tasnim" agentliyi məlumat yayıb. 
Bildirilir ki, o, bu gün Tehranda İran Silahlı Qüvvələri komandanlığının nümayəndələri ilə görüşəcək.