İtaliyalı mütəxəssis Vinçentso Montella futbol üzrə Türkiyə millisinin yeni baş məşqçisi olacaq.
Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Nəşr 49 yaşlı mütəxəssisin bu gün İstanbula gedəcəyini və 3 illik müqavilə imzalayacağını bildirib.
Qeyd edək ki, yığmanın hazırkı baş məşqçisi almaniyalı Ştefan Kuntsdur. Montella son olaraq Türkiyədə "Adana Demirspor"a rəhbərlik edib.