Meşələrdə 300-dən çox erməni əsgəri gizlənib
8-12-2020, 14:17
184

Meşələrdə 300-dən çox erməni əsgəri gizlənib

Ermənistan Demokrat Partiyasının sədri Aram Sarkisyan parlamentin iclasında Baş nazir Nikol Paşinyanı sərt tənqid edib. 
Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, Sarkisyan Paşinyanı Meğridən kommunikasiya xətlərinin çəkilməsinə razılıq verdiyi üçün qınayıb: "Baş nazir Nikol Paşinyan Mehridən kommunikasiya xətləri çəkilməsinə, bununla da Azərbaycanla Naxçıvanın quru yolla birləşməsinə icazə verdi. Türklər 100 ildir bunu arzulayırdılar. İndi Böyük Turan yaratmaq üçün əllərinə imkan düşüb".
Aram Sarkisyan daha sonra iddia edib ki, Qarabağda Azərbaycanın nəzarətində olan ərazilərdə 300-ə yaxın gənc əsgər qalıb. “Bu günlərdə Aleksandr Radov adlı şəxs Qarabağa yollanıb və öz yaxınlarının vasitəsilə aydınlaşdırıb ki, təxminən 300-ə yaxın gənc əsgər hazırda Azərbaycanın nəzarəti altında olan ərazilərdə, meşələrdə gizlənir. Onlar oradan çıxmağa çalışırlar, amma heç kim onlara kömək etmir. Çünki Ermənistanda hakimiyyət yoxdur, iş qabiliyyətini itirib”,- deyə deputat bildirib.
Azərbaycanın nəzarətində olan ərazilərdə erməni əsgərlərinin qalması barədə bundan əvvəl də iddialar səsləndirilib.
Bir müddət əvvəl müxalif “Çiçəklənən Ermənistan” partiyasından deputat Naira Zöhrabyan bildirmişdi ki, Hadrut ətrafındakı meşələrdə bir qrup erməni əsgəri gizlənib. Onlar mühasirədən çıxmaq üçün zəng vurub kömək istəyib.
Bəzi məlumatlara görə, erməni əsgərlərinin hələ də Azərbaycanın nəzarətində olan ərazilərdə gizlənməsi əslində Ermənistanın hibrid müharibə planlarından xəbər verir.
İrəvan sadəcə erməni əsgərlərinin Azərbaycanın nəzarətində olan ərazilərdə gizləndiyini və ya mühasirədə olduğunu bəyan etməklə isə əsl niyyətini pərdələməyə çalışır.

Oxşar xəbərlər

Sarkisyan Paşinyanı təhqir etdi: "Sən alnına satqın yazılan qorxaq rəhbərsən"
Məşhur iş adamı Paşinyanı istefaya çağırdı
“Ermənistanın xilası Azərbaycandan asılıdır” - Deputat
Yerevanda əsgər anaları növbəti aksiya keçirir
"Paşinyan özü gedən deyil, göndərmək lazımdır" - Erməni deputat
Erməni deputatın biabırçı görüntüsü yayıldı
Putin Paşinyanı niyə rədd etdi? – Sarkisyanın Moskva səfərinin pərdəarxası
Sarkisyan muzdluların Qarabağda döyüşdüyünü etiraf ETDİ
Armen Sarkisyan Putindən kömək istədi
Katolikos II Qaregin Paşinyanı istefaya səslədi
Ermənilərin 70 faizi Xankəndini tərk edib
Paşinyan ABŞ səfirliyində gizlənib
Vazgen Paşinyanı əvəz edəcək
Yerevanda əsgər valideynləri yenə Hökumət evinin qabağına toplaşdılar
Xankəndidə qalan mülki əhali zirzəmidə yaşayır – Erməni mediası
Rusiya erməniləri Paşinyanın istefasını tələb edir
Sarkisyan Moskvaya getdi
Ermənistan Azərbaycana təkcə döyüş meydanında uduzmayıb - Armen Sarkisyan
Ermənistanda Daşnaksütun Partiyası xalqı küçələrə ÇAĞIRDI
Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”
Döyüş meydanında aciz qalan Ermənistan Misirdən kömək istədi
Paşinyanın kürsüsünə iddialı olan Vazgen Manukyan kimdir? – DOSYE
Təslim olduğumuzu mətbuatdan öyrəndim - Ermənistan prezidenti
Şahnazaryan da Nikol Paşinyanı istefaya çağırdı
Ermənilər qan ağlayır, Aşot isə gülür - Paşinyan ailəsinin yalanı
Ermənilər ağlaşır: Paşinyan xəyanətdə, Hovannisyan yalançılıqda ittiham edilir - VİDEO
Moskvada Paşinyana əvəz axtarırlar: Nikol Kremlin bütün şərtlərinə hazırdır
Sarkisyanın qardaşı oğlu narkotiklə həbs edildi
"Biz Koçaryan, Sarkisyan ordusunu məhv etdik, Paşinyan kimdir ki?"
Ermənistanda xaos başladı – VİDEO