Fransanın Avropa və xarici işlər naziri Katrin Kolona tərəfindən səsləndirilən olduqca məsuliyyətsiz açıqlamalar bölgədə mövcud reallıqların təhrif edilməsinə yönəlib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Fransanın Avropa və xarici işlər nazirinin Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinə qarşı görülən antiterror tədbirlərinin nəticələri ilə bağlı fikirlərinə dair şərhində bildirilib.
"Qeyri-qanuni erməni silahlı qüvvələrinin mümkün hərbi təxribatlarının və terror aktlarının qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən öz suveren ərazilərimizdə həyata keçirilən yerli antiterror tədbirləri, beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə reallaşdırılıb. Fransanın Ermənistan rəhbərliyi tərəfindən erməni silahlı qüvvələrinin ərazilərimizdən geri çəkilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsini, hərbi-siyasi təxribatların törədilməsini, o cümlədən Ermənistan Baş nazirinin son 30 ildə bu ölkə tərəfindən dəstəklənən qondarma rejimə 2 sentyabr tarixində ünvanladığı məsuliyyətsiz təbrik mesajını qınamaq əvəzinə, Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri separatizm və Ermənistan daxilindəki revanşist qüvvələrin təşviqdən başqa bir şey deyil.
Fransanın BMT Təhlükəsizlik Şurasının öncəki iclaslarında Azərbaycanı təkləmək cəhdlərinin uğursuzluğa düçar olmasına baxmayaraq, bu ölkənin növbəti dəfə Təhlükəsizlik Şurasından bölgəni məhdud şəkildə anlayan siyasəti və mövcud həqiqətlərin danılması üçün istifadə etmək cəhdi təhlükəli olmaqla yanaşı, bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsinə xidmət etmir. Azərbaycan heç vaxt dinc erməni sakinləri hədəf almayıb, erməni əsilli sakinlərin cəmiyyətimizə reinteqrasiyası prosesini həyata keçirməyə və Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində onların hüquq və təhlükəsizliyinin təmin edilməsinə sadiqdir. Bu xüsusda, Fransanın erməni sakinlərin mövcud olmayan "kütləvi deportasiyası" ilə bağlı iddiası yalnız bu ölkənin Azərbaycana qarşı növbəti ittihamları səsləndirməsi üçün mövcudluğuna ümid bəslədiyi bir düşüncədir.
Bütün qeyri-qanuni silahlı birləşmələrin qısa zaman ərzində tam tərksilah edilməsi və çıxarılması, habelə qanunsuz qondarma rejiminin buraxılması, mərkəzi hökumət nümayəndələri ilə yerli erməni sakinlər arasında onların Azərbaycanın Konstitusiyası çərçivəsində bərabərhüquqlu vətəndaşlar kimi cəmiyyətimizə reinteqrasiyası ilə bağlı məzmunlu dialoq üçün şəraitin yaradılmasının açarıdır. Bunun da öz növbəsində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə də müsbət töhfə verəcəyini hesab edirik.Erməni sakinlər ilə Azərbaycan rəsmiləri arasında birbaşa dialoqun, bölgədə tərksilah və demilitarizasiyanın praktiki baxımdan icrasına başlanılması ilə müşayiət olduğu bir vaxtda beynəlxalq ictimaiyyət, xüsusilə Fransa tərəfindən vəziyyətin dəyərləndirilməsi dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətə əsaslanan beynəlxalq hüquq normalarına uyğun olmalıdır", - məlumatda qeyd olunub.
XİN Katrin Kolonaya cavab verdi
21
sentyabr
16:31

Qarabağ
OXŞAR XƏBƏRLƏR
XİN fransalı nazirə cavab verdi
Azərbaycan XİN Fransa XİN rəhbərinin bəyanatına cavab verdi
Ceyhun Bayramov Latviyanın xarici işlər naziri ilə GÖRÜŞÜB
Ermənilər Yevlaxa gəlir
Qarabağdakı erməni separatçıları ağ bayraq qaldırdı
Qarabağdakı ermənilər tərksilah olunurlar - RƏSMİ
Prezidentin saytına saniyədə 4 milyondan çox hücum olub - RƏSMİ
Daha 2 hərbçimiz ŞƏHİD OLDU
XİN Ermənistanın təxribatı ilə bağlı MƏLUMAT YAYDI
Azərbaycan XİN Fransa xarici işlər nazirin CAVAB VERDİ
"Ermənistanı humanitar atəşkəsə riayət etməyə çağırırıq" - XİN
Azərbaycan XİN-dən Fransaya CAVAB
Hərbi attaşelərə Qarabağdakı antiterror tədbirləri barədə məlumat verildi
"Azərbaycanın suverenliyini pozan bu qeyri-legitim seçkini tanımırıq" - Türkiyə XİN
Prezident erməni təxribatından DANIŞDI
Rəsmi Bakıdan Ermənistan XİN-ə CAVAB
Azərbaycan XİN Ermənistana cavab verdi
“Silahı yerə qoyun və təslim olun!” - Müdafiə Nazirliyi
Azərbaycan XİN Ermənistana cavab verdi
“Ermənilər mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alır” - Ceyhun Bayramov
Azərbaycan XİN Paşinyana cavab verdi
Azərbaycan XİN Fransaya cavab verib
İranda Fransanın 5 vətəndaşı saxlanıldı
"Ermənistan öz öhdəliyini icra etməkdən boyun qaçırıb" - Hikmət Hacıyev
Daha 95 erməni hərbçinin meyiti təhvil verildi - Rəsmi
XİN-dən sərhəddəki vəziyyətlə bağlı açıqlama: "Növbəti hərbi-siyasi təxribatdır"
Müdafiə Nazirliyinin məlumatı
"Ermənistan dərhal təxribata son qoymalıdır" - Çavuşoğlu (YENİLƏNİB)
Fransanın xarici işlər naziri Azərbaycana gəlir
"Ermənistan Azərbaycana qarşı hərbi təxribatlarını artırır" - XİN
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Ağız qoxusu bu xəstəliklərin ilkin əlaməti ola bilər
- Bütün günü yuxulusunuz? – DİQQƏTLƏ OXUYUN
- Azərbaycanda orta və yaşlı əhali PEYVƏND OLUNACAQ
- Azərbaycanda orta və yaşlı əhali peyvənd olunacaq
- Dönərxanalardakı növbəti yoxlamaların nəticələri açıqlandı
- Xəyanətə meylli 3 BÜRC
- İlham Əliyev və Paşinyanın görüşü barədə razılıq yoxdur
- Azərbaycanda yüksək vəzifəyə YENİ TƏYİNAT - FOTO
- Havaların kəskin dəyişməsinin sağlamlıq üçün FƏSADLARI - HƏKİM DANIŞDI
- Rəhbərliyə xəbərçilik edən iş yoldaşını bıçaqladı - Bakıda qəribə hadisə
- Əminə Şirin: “Toz-torpaq olun, amma nankor olmayın” – FOTO
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Hindistanın Baş naziri qırıcı təyyarə ilə səmaya qalxdı
- Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr qurulub
- Pakistanda ticarət mərkəzində yanğın olub, 11 nəfər ölüb
- Sumqayıtda anasının imtina etdiyi körpə xəstəxanada ölüb
- Avropada koronavirusa yoluxma və ölüm halları azalıb
- Soyuqda smartfonunuzun donmasının SƏBƏBLƏRİ VƏ HƏLLƏRİ
- AZAL rekord sayda endirimli aviabiletlər satışa çıxarıb
- Orban: "ABŞ demokratları öz maraqlarını bəşəri dəyərlər kimi təqdim edirlər"
- Seren Serengil Hadisəyə görə 2 il 11 ay həbs oluna bilər
- Fransa liqasında yenilik