"Qarabağın əsas mülkiyyət məsələsi həll olundu".
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.
Mətbuat katibi vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün bütün ilkin şərtlər var: "Qarabağda nəqliyyat dəhlizlərinin açılması işləri ilə bağlı hələlik konkret məlumat yoxdur". 
O, həmçinin bildirib ki, Qarabağda rus sülhməramlılarının ölümü ilə bağlı araşdırma aparılır.