Diyarbəkirdə 1480 gündür davam edən övlad növbəsində iştirak edən ailələrin sayı 367-yə çatıb.
 
Xarici media xəbər verir ki, terror təşkilatı PKK tərəfindən uşaqları qaçırılan ailələrdən indiyədək 46 ailə övladlarına qovuşub.
Beləki, PKK tərəfindən uşaqları qaçırılan ailələr 3 sentyabr 2019-cu il tarixində Diyarbəkirdə Xalqların Demokratik Partiyası Vilayət Müdirliyi qarşısında övlad növbəsinə başlamışdı.