Ərdoğanın Bakı səfərinə saatlar qalmış ilginc gəlişmə: Səfir niyə yola salındı?
9-12-2020, 09:35
129

Ərdoğanın Bakı səfərinə saatlar qalmış ilginc gəlişmə: Səfir niyə yola salındı?

Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Azərbaycana baş tutacaq səfəri ərəfəsində qardaş ölkənin Azərbaycandakı səfirinin dəyişdirilməsi diqqət çəkir.
Keçmiş səfir Erkan Özoralı bu postda Ahmet Demirok əvəzləyəcək. Müstəqil ekspertlər isə Ərdoğanın səfərindən bir neçə saat öncə belə bir dəyişiklik edilməsini təsadüfi saymır. Çünki keçmiş səfir Erkan Özaralın adı Azərbaycan mətbuatında və sosial şəbəkələrdə Prezidentin sabiq köməkçisi Əli Həsənovla işbirliyində hallandırılırdı.
Qardaş ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri haqda bu cür iddiaların dolaşması isə şübhəsiz ki, arzuolunan deyildi. Odur ki, Erkan Özaralın əvəzlənməsi Azərbaycan ictimai rəyində müsbət qarşılanmışdır.
Xatırladaq ki, bir müddət öncə Əli Həsənovun müalicə məqsədilə Türkiyəyə getməsindən sonra tanınmış vəkil Aslan İsmayılov Erkan Özaralın onunla şübhəli işbirliyi haqda ilginc məlumatlar paylaşmışdı. Gəlin, Aslan İsmayılovun o zamankı açıqlamasına təkrar göz ataq:
“Əli Həsənovun bu basabasda Türkiyəyə getməsi barədə fikirlərimi sizinlə də bölüşürəm. Bu gedişi əsla onun xəstəliyi ilə əlaqələndirmirəm. Əgər olsa belə, axı illərdir Ə.Həsənovun xalqa üfürdüyü analoqu olmayan səhiyyəmiz, özünün müalicəsi üçün şəxsi klinikası var. Həmin “Xətai” Estetik Klinikası ki, 8 yaşlı ailənin tək övladı xırda əməliyyatdan sağ çıxmadı, sonra da bu cinayəti ört-basdır elədilər.
Hesab edirəm ki, bu səfərin köklərini, çoxlarına qəribə gəlsə də, onun Türkiyə səfiri Ərkan Özoralla çox yaxın münasibətlərində axtarmaq lazımdır. Özü də əminəm ki, bu münasibətlər sadəcə Ə.Həsənov səfir Ə.Özoral münasibətləri deyil. Bunun daha dərin olmasına şübhəm yoxdur.
Bunu aydınlaşdırmaq üçün ən azından Ərkan bəyin səfir olduğu müddətdə iştirak etdiyi tədbirlərə, görüşdüyü şəxslərə, paylaşdığı fotolara diqqət yetirmək kifayətdir.
Türkiyə kimi qüdrətli bir dövlətin səfiri sanki Ə.Həsənovun köməkçisi kimi davranırdı, onun bütün tədbirlərində, hətta ailə tədbirlərində belə iştirakını çox önəmli sayırdı”. /Sfera.az

Oxşar xəbərlər

Səfirlər Qarabağa dair son vəziyyəti müzakirə ediblər
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
Türkiyə Azərbaycana yeni səfir təyin etdi
Baş Nazir Əli Əsədov Türkiyə səfirliyinə getdi - Foto
Türkiyə Azərbaycanda hərbi baza quracaq? - AÇIQLAMA
Bu ölkədən Türkiyəyə dəstək gəldi: Dünyanın imperatoru...
Azərbaycanlı iş adamından möhtəşəm jest
Əfqanıstan Azərbaycana yeni səfir təyin edib
Türkiyə hərbçiləri ən qısa vaxtda Azərbaycanda olacaq - RƏSMİ
Ərdoğan sabah Azərbaycana gələcək
Əli Həsənovun yerinə sabiq səfir TƏYİN EDİLDİ
Ərdoğan yenidən Rusiyaya gedəcək
Partiya sədrindən TƏKLIF: - “Hadruta Ərdoğanın adı verilsin”
"İlham Əliyevin bu çıxışı həm də digər ölkələrə açıq mesajdır" - ŞƏRH
Kremldən Türkiyənin Azərbaycana hərbçi göndərməsinə ilk reaksiya
Eldar Həsənovun hüquqlarını vəkil Adil İsmayılov müdafiə edəcək
"Anadolu bizim üçün necə Vətəndirsə, Qarabağ da elə Vətəndir" - Türkiyə səfiri
“Washington Times” erməniləri ifşa etdi
“Qadağan olunmuş silahların istifadəsi qəbuledilməzdir“ - Səfir
Səfir Bakı meriyasında - FOTO
Belarusun nümayişçiləri dəstəkləyən səfiri istefa verib
Əli Həsənov "Klivlend"də müalicə olunur
İlham Əliyev Ərdoğana zəng etdi
Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək - Səfir
Ərdoğanın xanımı dünyanın ən nüfuzlu 10 müsəlmanından biri oldu....-FOTOLAR
Səfir: "Bir gündə 650 min ağac əkilməsi təşəbbüsü Azərbaycan xalqının ədəbi-mədəni irsə verdiyi qiymətin təzahürüdür"
İlham Əliyev Ərdoğana zəng etdi
Kamran Əliyev Türkiyənin nümayəndə heyəti ilə görüşdü
Ərdoğanın bu hərəkəti gündəm oldu
Azərbaycanla Pakistan arasında birbaşa aviareyslər açılacaq