Bununla bağlı şahmatçı sosial şəbəkə hesabında məlumat yayıb.
Qızının dünyaya gəldiyini açıqlayan Rəcəbov övladına Emma adını verdiyini bildirib.
Şahmat ulduzu xanımı, Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova və qızları - Nika və Emma ilə xatirə çəkilən yeni fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Rəcəbov paylaşımına ingilis dilində “Nika və körpə Emma ilə ailə portreti...” sözlərini yazıb.
Qeyd edək ki, T. Rəcəbov ötən ilin yanvarında Anna Maksakova ilə evlənib və növbəti illərdə cütlüyün qız övladı dünyaya gəlib.
Şahmatçı 2011-ci ildə isə Elnarə Nəsirli ilə ailə qurub. Cütlük bir müddət sonra boşanıb. Rəcəbovun bu nikahdan Məryəm adlı qızı var.
