Rusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb.
Interfax xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin bəyanatında deyilir.
Dağlıq Qarabağ ətrafındakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Vladimir Putin Rusiya sülhməramlı kontingentinin fəaliyyəti, o cümlədən mülki şəxslərə humanitar yardımın göstərilməsi, hüquq və təhlükəsizliyin qorunması barədə məlumat verib. Rusiya və İran prezidentləri bütün məsələlərin müstəsna olaraq sülh, siyasi və diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.
Putin və Rəisi, həmçinin “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan üstəgəl Rusiya, İran və Türkiyə) məsləhətçi regional platformasının işinin aktivləşdirilməsində qarşılıqlı maraqlı olduqlarını bildiriblər.
Söhbət İran tərəfinin təşəbbüsü ilə baş tutub.