Paşinyan gizli iclas keçirdi: Növbədənkənar seçki?
9-12-2020, 12:06
239

Paşinyan gizli iclas keçirdi: Növbədənkənar seçki?

Ermənistan hakimiyyəti növbədənkənar parlament seçkilər keçirmək niyyətindədir. Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, bu məsələ müxalifətlə də razılaşdırılıb. Lakin hələlik siyasi hakimiyyət bu barədə danışmaq istəmir.
Bildirilir ki, ötən gün maxalif Respublika partiyasının elitası toplantı keçirib. Toplantıda növbədənkənar parlament seçkilərinə ciddi hazırlıq barədə müzakirələr keçirilib.
Bir neçə gün əvvəl isə Baş nazir Nikol Paşinyan  hakim “Mənim Addımım” parlament fraksiyasının deputatları ilə qapalı iclas keçirib. Baş iclasda növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsini müzakirə edib.
Ermənistanda tanınmış ictimai-siyasi xadimlərin də erkən seçkilər barədə danışması bu məsələnin yaxın günlərdə elan ediləcəyindən xəbər verir.
Nikol Paşinyan Qarabağdakı məğlubiyyətdən sonra Ermənistan cəmiyyətinin hədəfinə gəlib. Noyabrın 9-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş naziri arasında Qarabağda atəşin dayandırılması barədə imzalanan bəyanatdan sonra ölkədə faktiki siyasi böhran yaranıb. Müxalifət və Qarabağdakı məğlubiyyəti həzm edə bilməyən digər siyasi qüvvələr Paşinyanın istefasını tələb edirlər.
Noyabrın 10-dan bu yana Ermənistanda lokal etiraz aksiyaları müşahidə edilir. Dünən isə ölkə boyu kütləvi itaətsilik aksiyası keçirilib.
Erməni mediası yazır ki, növbədənkənar parlament seçkiləri baş tutmayacağı təqdirdə böhran daha kəskin xarakter ala və vətəndaş qarşıdurması ilə nəticələnə bilər.

Oxşar xəbərlər

Baş nazirin istefa verməsi lazımdır – Paşinyan üçün son
Petrosyan Paşinyan iqtidarını “atəşə tutdu”
Paşinyan tapıldı
Ermənistan əhalisinin 50 faizi Paşinyanın istefasını dəstəkləyir
Rusiya erməniləri Paşinyanın istefasını tələb edir
Nikol istefa şərtini gizli iclasda deyib
Ermənistanda spikeri döyən bir neçə şəxs saxlanıldı
“İstefa vermək fikrim yoxdur” - Paşinyan
“Paşinyan artıq siyasi meyitdir“ - Politoloq
Paşinyan ermənilərə müraciət edəcək
Ermənistanda matəm elan olunacaq
Ermənistanda etirazçılar Paşinyana həb gətirdi - FOTO
Milli Məclisin deputatları yenidən tətilə çıxdılar
"Paşinyan özü gedən deyil, göndərmək lazımdır" - Erməni deputat
“Paşinyan, bəs Şuşada parlament binası tikirdin, nə oldu?!” - VİDEO
Paşinyan hər gün Putinin zəhləsini tökür - Ermənilər AÇIQLADI
Paşinyan bu dəfə Putinə məktub yazdı
Ermənistan parlamentində qalmaqal: müxalif deputatları iclas zalını tərk etdi
Laçında nə baş verir? – “Hər şeyi son günə buraxdın ki...”
Paşinyanın tərəfdarları Qarabağdakı Rusiya sülhməramlılarına qarşı…
“Paşinyan əclafdır, həbs olunmalıdır” - Erməni şərhçi
Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”
Paşinyanın sonu çatdı: Daşnaksütyündan son açıqlama
Paşinyan daha bir vəzifəli şəxsi işindən azad edib
Ermənistanda Daşnaksütun Partiyası xalqı küçələrə ÇAĞIRDI
Yerevanla Moskva arasında yeni Qarabağ müzakirəsi - Paşinyan bir saatda iki dəfə Putinə zəng edib
İrəvanda etiraz aksiyası: Saxlanılanlar var
Bu gün Ermənistanda Paşinyanın istefa tələbi ilə yürüş keçiriləcək
Putin Paşinyanı niyə rədd etdi? – Sarkisyanın Moskva səfərinin pərdəarxası
Paşinyan cəbhədə növbəti təxribata əl ata bilər - GƏLİŞMƏ