Meksikanın şimalında yerləşən Tamaulipas ştatının Syudad-Madero ərazisində kilsənin damının uçması nəticəsində azı 7 nəfər ölüb.
Xarici mətbuat xəbər verir ki, kilsədə olan 30-40 nəfər dağıntılar altında qala bilər.
Yaralıların dağıntılar altından çıxarmaq üçün hadisə yerinə təcili tibbi yardım xidmətinin əməkdaşları və xilasedicilər cəlb edilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.