"Apple" "iPhone 15"in qızmasına səbəb olan bir neçə problem aşkar etdiyini bəyan edib. 

Bu barədə "Reuters” xəbər verir.

Şikayətlərdən sonra şirkət bildirib ki, artan fon aktivliyi səbəbindən cihazı quraşdırdıqdan və ya bərpa etdikdən sonra ilk bir neçə gündə qıza bilər.

"Başqa bir problem, sistemin həddən artıq yüklənməsinə səbəb olan kənar proqramlarının bəzi son yeniləmələri ilə bağlıdır”, dseyə şirkət əlavə edib.

Qızma probleminə səbəb olan tətbiqlər arasında:

- "Asphalt 9" oyunu
- "Instagram"
- "Uber"

Məsələn, "Meta" artıq sentyabrın 27-də "Instagram" tətbiqində problemi həll edib. iOS 17-də də səhvlərin düzəldilməsi gözlənilir. Problemin həlli məhsuldarlığı azaltmayacaq. 

"Mərkəzi Kaliforniyanın Kupertino şəhərində yerləşən şirkət bildirib ki, "iPhone 15 Pro" və "iPhone 15 Pro Max" dizaynlarına görə həddindən artıq qızmadan əziyyət çəkmir və yeni titan korpuslar əvvəlki paslanmayan polad modellərlə müqayisədə istiliyi daha yaxşı yayır”, deyə nəşr qeyd edir.

Eyni zamanda, şirkət əmin edir ki, qızma təhlükəsizlik və ya xəsarət riski yaratmayacaq. Xüsusilə, telefonun uzunmüddətli məhsuldarlığına təsir göstərmir.