Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib.
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
Sazişin məqsədi Tərəflər arasında müdafiə sahəsində əməkdaşlığı təşviq etmək və möhkəmləndirmək, eləcə də Tərəflərin qəbul etdikləri hərbi əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün praktiki çərçivəni təmin etməkdir.
Sənəddə qeyd edilib ki, tərəflər aşağıdakı sahələrdə əməkdaşlıq edəcəklər:
- hərbi təhsil, treninq və təlimlər;
- müdafiə və təhlükəsizlik siyasəti;
- sülhməramlı və humanitar əməliyyatlar;
- NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlıq;
- silahlara nəzarət və tərk-silah;
- hərbi qanunvericilik;
- maddi-texniki təminat;
- mülki-hərbi əməkdaşlıq;
- müdafiə sahəsində kibertəhlükəsizlik;
- hərbi xəritəçilik;
- hərbi tibbi xidmətlər;
- sosial, idman və mədəni tədbirlər;
- humanitar minatəmizləmə;
- qarşılıqlı maraq kəsb edən digər sahələri.
Tərəflər arasında əməkdaşlıq aşağıdakı formalarda həyata keçiriləcək:
- rəsmi səfərlər və işçi görüşləri;
- ikitərəfli danışıqlar, məsləhətləşmələr və təcrübə mübadiləsi;
- treninq və təlim tədbirlərində iştirak;
- qarşılıqlı maraq kəsb edən məlumatın mübadiləsi;
- konfrans və seminarlarda iştirak;
- mədəni və idman tədbirlərində iştirak;
- birgə razılaşdırılmış digər əməkdaşlıq formaları.
Sazişin həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar Azərbaycan Respublikası Hökuməti adından Müdafiə Nazirliyi və Gürcüstan Hökuməti adından Müdafiə Nazirliyidir.
Tərəflərin səlahiyyətli orqanları Sazişin həyata keçirilməsi məqsədilə əlavə razılaşmalar və illik əməkdaşlıq planlarını imzalaya bilərlər.
Səlahiyyətli orqanlarla bağlı hər hansı dəyişiklik tərəflər tərəfindən diplomatik kanallar vasitəsilə yazılı şəkildə bildirilməlidir.
Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq sazişi təsdiqləndi
02
oktyabr
12:39

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident Azərbaycan-Latviya müdafiə sahəsində əməkdaşlıq Sazişini təsdiqləyib
Azərbaycan və Türkiyə arasında saziş təsdiqləndi
Azərbaycanla Özbəkistan arasında bir neçə saziş təsdiqləndi
Azərbaycan və İsrail arasında turizmlə bağlı əməkdaşlıq sazişi təsdiqləndi
Ərdoğan Azərbaycanla daha bir sazişi təsdiqlədi
Gürcüstan və Türkiyənin müdafiə nazirləri təhlükəsizlik məsələlərini müzakirə ediblər
Milli Məclis Türkiyə ilə daha bir sazişi təsdiqləyəcək
Prezident Rusiya ilə bağlı sazişi TƏSDİQLƏDİ
Gürcüstan Azərbaycan və Türkiyə ilə üçtərəfli hərbi əməkdaşlığı yüksək qiymətləndirir
Azərbaycanla Pakistan arasında yeni saziş təsdiq edildi
Azərbaycanla Pakistan arasında yeni saziş təsdiq ediləcək
Prezident Serbiya ilə sazişi təsdiqlədi
İlham Əliyev Türkiyə ilə sazişi TƏSDİQLƏDİ
İlham Əliyev Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ
Milli Məclis daha iki sazişi ratifikasiya edib
Ərdoğanın imzaladığı saziş Azərbaycana nə verəcək?
Azərbaycanla Türkiyə arasında hərbi sahədə Birgə Komissiya yaradılır
İlham Əliyev Türkiyə ilə imzalanmış sənədləri təsdiqlədi
Azərbaycan və İsrail arasında əməkdaşlıq genişlənir
Minsk və Tehran arasında hərbi əməkdaşlıq planı imzalandı
Ərdoğan Azərbaycanla bağlı daha bir saziş imzaladı
Nazirlər müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzaladı
İlham Əliyev Türkiyə ilə bağlı iki sazişi TƏSDİQLƏDİ
Azərbaycanla Litva arasında saziş təsdiqləndi
İlham Əliyev Türkiyə ilə imzalanmış sazişi TƏSDİQLƏDİ
Hərbi xidmətkeçmə haqqında Əsasnamədə dəyişiklik ediləcək
Milli Məclis bir neçə sazişi ratifikasiya edib
Finlandiya NATO ilə texniki saziş imzaladı
İlham Əliyev Qazaxıstanla bağlı sazişi təsdiqlədi
Milli Məclisin ilk iclasının gündəliyi - SİYAHI
- Bu yolla infarkt riskini azalda bilərsiniz
- Xərçəng hüceyrələrini məhv edən dərmanın adı AÇIQLANDI
- Bağırsaqlar üçün faydalı olan spirtli içkilər
- “Brent” markalı neft ucuzlaşdı
- 50 yaşdan sonra necə qidalanmaq lazımdır?
- Ötən ay dövlət sərhədində 5,5 milyon manatlıq qaçaqmal ələ keçib - FOTO
- Ermənistanda Azərbaycanın ərazi bütövlüyünə qarşı olan qanun layihəsi dəstəklənməyib
- 8 aylıq körpəsini dənizə atdı - VİDEO
- Məşhur aktyor 6-cı dəfə infarkt keçirtdi, XƏSTƏXANADADIR
- Zakir Həsənov Misirə getdi - FOTOLAR
- Bürclərin dekabr ayı üçün maliyyə ulduz falı
- “İncəsənət Universiteti bağlansın” təklifi aktyorları üz-üzə qoydu
- Volodimir Zelenski: “Mart ayında müharibədə dönüş nöqtəsi yarana bilər”
- Makron BƏƏ-də Qəzzadakı vəziyyətlə bağlı müzakirələr aparıb
- "Martda Putin dövlət lideri kimi legitimliyini itirəcək" - Zelenski
- Rusiyalı futbol hakimi rüşvət almaqda şübhəli bilinir
- Bakıda bu yolda təmir işləri aparılır - XƏBƏRDARLIQ
- Bakıda narkotik vasitələrin təsiri altında sərnişin avtobusu idarə edən sürücü saxlanılıb
- 2024-cü ilin uğurlu rəngləri hansılardır? - Sevinc, enerji, yeni başlanğıclar...
- Ağız qoxusu ürək xəstəliyinin xəbərçisi ola bilər – Alimlər
- Şəkidə 40 yaşlı qadını it dişlədi
- Qarabağ Regional DOST Mərkəzində Reabilitasiya Məntəqəsi istifadəyə verilib - FOTO
- "Bavariya"nın oyunu qara görə təxirə salındı
- Ucarda ana və 10 yaşlı qızı dəm qazından zəhərlənib
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Altı ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir
- Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi