Köçəryanın təklifi: Bakı ilə münasibətlər qurula bilərmi?
10-12-2020, 09:35
122

Köçəryanın təklifi: Bakı ilə münasibətlər qurula bilərmi?

Ermənistanla Azərbaycan arasında hazırda hər hansı bir diplomatik münasibətlərin qurulması mümkün deyil.
Bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistan parlamentinin hakim Mənim Addımım Blokundan olan deputatı Andranik Köçəryanın İrəvanın rəsmi Bakı ilə diplomatik münasibətlər qurmalı olduğu haqda təklifini şərh edərkən deyib.
Onun sözlərinə görə, indiki mərhələdə nə ermənilər, nə də Azərbaycan xalqı iki ölkənin diplomatik münasibətlər qurmasına hazırdır:
“Məsələ ondadır ki, Azərbaycan işğal altında olan torpaqlarını müharibə yolu ilə geri qaytarıb. Bu reallıqlar altında rəsmi İrəvanın belə bir fikir irəli sürməsi, sadəcə, bu ölkənin yanaşmasıdır və prosesə dayaz yanaşmanın nəticəsidir.
Müharibə yenicə bitib, hər iki tərəfin itkiləri var. Müharibədən yenicə çıxan xalq isə istər-istəməz qəzəbli və emosional olur. Digər tərəfdən, hər hansı bir deputatın belə təşəbbüs irəli sürməsi heç də bütün xalqın istəyi demək deyil. Ümumiyyətlə, dövlət xalqın iradəsini təmsil edir. İndiki halda isə nə Azərbaycan, nə erməni xalqı iki ölkənin diplomatik münasibətlər qurmasını istəyir. Ümumiyyətlə, bu prosesin baş verməsi üçün onilliklər lazımdır”.

Oxşar xəbərlər

Kreml əmr versə, qiyam Qarabağdan başlayacaq
Rusiyanın Türkiyəylə prinsipial fikir ayrılığı yoxdur - Lavrov
“Pulunuz yoxdursa, Zəngəzuru verin” - Rusiyalı politoloqdan Ermənistana TƏKLİF
“Paşinyan hökuməti istefaya getməlidir!“ - Ermənistanın ilk Baş naziri
Diplomatik korpusun nümayəndələri Ağdam və Tərtərə səfər edir
“İrəvan öz əsgərlərinin məhvinin qarşısını almaq üçün…” – Müsahibə
"Sanki bunlar da hər hansı bir diplomatik fəaliyyətdədirlər” - Prezident
Bakı bu ölkədəki diplomatlarını geri çağırıb? - Rəsmi
Ermənistandan Gürcüstana “dost” xəyanəti - Hər zaman belə olub...
"Ermənistanın işğalı dayandırılmalıdır" - Albaniyanın sabiq prezidenti
"Belə fikirlər var ki, guya Rusiya torpaqlarımızı işğaldan azad etməyə mane olacaq, ancaq..."
“Ermənistanla dostluq qrupunun əleyhinəyəm” - MÜSAHİBƏ
Paşinyanın istefaya gedəcəyi tarix - 6 dekabr
Politoloq XİN-i tənqid etdi: “Dağlıq Qarabağ" adlı yer yoxdur”
Prezident bu sözü təsadüfən demədi: Hərbi variant…
“Razılaşmanı pozsalar, qarşılarında Putini görəcəklər” – Şərh
Türkiyə ilə Ukrayna arasında diplomatik qalmaqal
Erməni deputatın biabırçı görüntüsü yayıldı
İtkilər həddən artıq çoxdur, gizlədirlər - Podolyaka
Arif Hacılı başqanlığa namizədliyini irəli sürdü
Paşinyanın blokunun daha bir deputatı mandatdan imtina edir
Ermənistanda deputatın anası etirazçıların üzərinə qaynar su tökdü - Video
Cavad Zərif: "Azərbaycan İran üçün çox mühüm ölkədir"
Polad Bülbüloğlunun Qarabağ açıqlamasına hökumətdən SƏRT REAKSİYA
Qətər Azərbaycana yeni səfir göndərib
Əli Həsənov 20 ildir tutduğu bu vəzifədən də azad olundu
Ermənistanda mükafat davası
“Bu 4-cü atəşkəs çağırışıdır...” – Bu dəfə göz yaşlarına inanmayan Bakıdır
Rus sülhməramlıları Qarabağda 5 il qalası deyil... – “Azərbaycan məsələ qaldıracaq”
“300 nəfər Livan ermənisi işğal altında olan…” - BBC