Azərbaycanlılar rahat yatsın, İsrail buna yol verməz - Diplomat
23-09-2019, 19:00
10 298

Azərbaycanlılar rahat yatsın, İsrail buna yol verməz - Diplomat

Azərbaycanın təhlükəsizliyi Livanın hava hücumundan müdafiə sistemlərindən asılıdırsa, mən azərbaycanlılara rahat yatmağı məsləhət görürəm, çünki Livanda İsrail dronlarını vurmağa qadir heç bir texnologiya yoxdur.
Bunu Virtualaz.org-a açıqlamasında İsrail diplomatı və politoloqu Zvi Maqen Livanın Müdafiə naziri Elias Bou Saabın İsrail dronlarını məhv etmək təcrübəsini onlarla bölüşə biləcəyi barədə Ermənistana etdiyi təklifi şərh edərkən deyib.
"Nazirin sözləri həqiqətə heç bir aidiyyəti olmayan əsl uydurmadır. Livan heç vaxt İsrail dronlarını vurmayıb və İsrail Livan səmasında istədiklərini edir. Beyrut başqa bir dövlətə bu mövzuda kömək təklif edərsə, bu yalnız həmin ölkə hökumətinin Ermənistanla əməkdaşlıq etmək istədiyini göstərir. Beləliklə, Livan hakimiyyəti İrəvana əslində olmayan şeyləri satmaq qərarına gəlib. Hesab edirəm ki, müdafiə nazirinin açıqlamasına yalnız bu cür yanaşmaq olar. Onun həmin pafoslu açıqlaması Livan dövlətinin hansısa mifik imkanları barədə reklamdan başqa bir şey deyil”, - deyə ekspert bildirib.
Eyni zamanda, o qeyd edib ki, son vaxtlar Beyrutun Rusiya hava hücumundan müdafiə sistemlərini satın aldığı barədə şayiələr yayılır. Əgər belədirsə, onda çox güman ki, Livan C-400 hava hücumundan müdafiə sistemini hədəfə alıb.
"Görünür, Livan hakimiyyətinə elə gəlir ki, aşağıdan uçan İsrail dronlarını S-400 kompleksi ilə dəqiq vurmaq olar, halbuki bu sistem yüksək hündürlükdəki hədəflər üçün hazırlanıb",-deyə politoloq qeyd edib.
PUA dünyanın bir çox ölkələrinin sahib olmaq istədiyi müasir və təsirli silahdır. Onun yüksək səmərəliliyi Səudiyyə Ərəbistanındakı neft obyektlərinə edilən hücumda əyani şəkildə nümayiş olundu. Bununla belə, o xatırladıb ki, Yaxın Şərqdə bu günə qədər hər cür raketləri - minimum hündürlükdə uçan minaatan mərmilərdən qitələrarası kosmik raketlərə qədər, vurmağa yalnız İsraildəki hava hücumundan müdafiə sistemləri qadirdir.
"Hətta İsrailin hərbi tərəfdaşı olan və onunla birlikdə hərbi texnika hazırlayan ABŞ da İsrail sistemlərini əldə edib. Bu günə qədər hazırlanan və silahlanmaya qəbul edilən İsrail hava hücumundan müdafiə sistemləri dünyadakı bütün analoqlardan üstündür. Livanda buna heç yaxın da ola biləcək bir şey yoxdur və ola da bilməz", - deyə Zvi Maqen qətiyyətlə vurğulayıb.
Ermənistan hökumətinin "İsrail-Azərbaycan tandemi ilə qarşı-qarşıya qalmaq üçün" İsrail ilə sıx əməkdaşlığın qurulması zərurətinə dair açıqlamasına gəlincə, israilli politoloq belə ifadələrin "daxili auditoriya üçün nəzərdə tutulduğuna" əmindir.
"Əlbəttə, İsrail hökuməti Ermənistanın Avropa dövləti ilə daha yaxın münasibətlər qurmaq istəyini alqışlayır. Yerevan İsraildə səfirlik açmaq niyyətində olduğunu bəyan etdi və bu, Ermənistan cəmiyyətinə Tel-Əvivlə əlaqələrin yüksəldilməsinin İsrail və Azərbaycan arasındakı əməkdaşlığa qarşı çıxmaq imkanı verəcəyi kimi təqdim olunur.
Halbuki İsrailin strateji xarici dövlət siyasəti xətti, onun hakimiyyətindəki konkret şəxslərdən və hansısa başqa ölkə ilə yeni siyasi münasibətlərin qurulacağından asılı deyil. Və Azərbaycanla əməkdaşlıq, şübhəsiz, İsrailin bu dövlət siyasətinin tərkib hissəsidir”, - deyə Zvi Maqen fikrini yekunlaşdırıb.

Oxşar xəbərlər

İsrail tankları Qəzza zolağına zərbələr endirdi
S-300 komplekslərinin işə yaramadığı açıqlandı
İsrailin baş naziri karantinə alındı
İsrail xarici dövlətlərə marixuana satacaq
Gizli proses: Netanyahu siyasətdən gedir – Sensasion səbəblər
İsrail Səudiyyə Ərəbistanının nüvə obyekti tikməsindən narahat olub
İsrail daha 4 müsəlman ölkəsi ilə saziş imzalayır
Türkiyədən üç ölkəyə sərt etiraz: “Bu riyakarlıqdır”
Pandemiya dövründə səfər etmək üçün MARAQLI TƏKLİF
Karantinlə bağlı qanunsuz arayışlar verən icra nümayəndəsi həbs edildi
İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib
Bunu bağışlayın, siyasətdən gedim - Netanyahu
Netanyahu Putinə zəng etdi
Putindən Suriya açıqlaması: Bunu bacardıq!
İsrail-BƏƏ “sülhsevərliyi”ndən gələn qan iyi -“Tarixi saziş”in arxa planı
Hulusi Akar Liviyaya səfər edib
40 il sonra üzə çıxan sirlə bağlı ŞOK FAKTLAR - ABŞ yəhudi dövlətinin əməllərini niyə gizlətdi?
Qarabağ - Rusiya niyə Türkiyənin prosesdə yer almasına razılaşdı? - Müsahibə
"Azərbaycana qarşı yönəlməyib" - Serqey Şoyqudan silah AÇIQLAMASI
Önümüzdəki 10 il işğal ərazilərinin ermənilərlə məskunlaşma illəri olacaq
General-mayor vəzifədən azad olunub.
Səudiyyəyə hücumun qarşısını heç bir sistem ala bilməzdi - Danford
Terrorçuların rəhbəri Arutyunyanın Gəncə təhdidi - Nə qədər real görünür?..
Avroliqada üç gündə 45 oyun
Zakir Həsənov Çinə gedəcək
“Dövlət bilir!” - Putinlə Ərdoğan yenə hakimiyyətdə qalacaqlar...”
"İlham Əliyevin bu çıxışı həm də digər ölkələrə açıq mesajdır" - ŞƏRH
“Ermənistan - işğalçı, Qarabağ - Azərbaycandır” - ŞƏRH
Zakir Həsənov Moskvada səfərdədir
Sergey Şoyqu Azərbaycana gəldi