Çin peyvəndi əksər ölkələr üçün daha əlverişlidir
10-12-2020, 16:16
206

Çin peyvəndi əksər ölkələr üçün daha əlverişlidir

Bir çox ölkənin COVID-19 əleyhinə peyvənd istehsal etmək üçün qlobal yarışa çıxdığı bir vaxtda, Çin özünün COVID-19-a qarşı hazırladığı uğurlu vaksinlərindən biri olan “Sinovac” vaksinini artıq xaric ölkələrə təqdim etmək istiqamətində böyük addımlar atır.
Gündəlik Bakı BBC-yə istinadla xəbər verir ki, Pekində yerləşən “Sinovac Biotech” şirkətinin hazırladığı COVID-19 peyvəndi kütləvi peyvənd kampaniyası keçirməyə hazırlaşan İndoneziyaya gətirilib və yanvar ayına qədər bu ölkəyə 1.8 milyon doza əlavə vaksin də göndərilməsi nəzərdə tutulur.
Ancaq adıçəkilən vaksinin yoxlanılması üçün hələ son mərhələdəki sınaqlar bitmədiyi dövrdə belə bir sual ortaya çıxır: Çinin COVID-19 əleyhinə bu vaksini haqqında nələri bilirik?
BBC-nin yazısında bildirilir ki, “Sinovac” vaksini təsirsiz hala gətirilmiş peyvənddir. Onun hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan, bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub.
Nanyanq Texnoloji Universitetinin tədqiqatçısı Luo Dahai BBC-yə müsahibəsində bildirib ki, "Sinovac" vaksini digər bir sıra xəstəliklərə qarşı da uğurla istifadə olunan peyvəndlərdən biridir.
Vurğulanır ki, "Sinovac" vaksininin əsas üstünlüklərindən biri onun adi soyuducuda 2-8 dərəcə temperaturda saxlanıla bilməsidir. “Sinovac” peyvəndinin əksər ölkələr üçün daha əlverişli olduğu qeyd edilir.

Oxşar xəbərlər

Türkiyədə koronavirus vaksini pulsuz vurulacaq
Bu peyvəndin ciddi təsirə malik olduğu təsdiqlənib
Türkiyə Rusiya vaksinindən niyə imtina etdi? - Nazirdən AÇIQLAMA
Koronavirus vaksini noyabrda istifadəyə verilə bilər
ABŞ koronavirusa qarşı mübarizədə SSRİ təcrübəsinə müraciət edir
Müəllim və həkimlərə peyvənd vurulacaq
Böyük Britaniya 90 milyon doza həcmində COVID-19 peyvəndi sifariş etdi
Peyvənd bu tarixdə hazır olacaq - mütəxəssislər açıqladı
"Sinovac"ın vaksinləri 97 faiz effektivlik göstərdi
Koronaviris əleyhinə ilk peyvənd -“Sputnik V”nin Moskva sakinlərinə vurulmasına başlanılıb
Koronavirusa qarşı vaksin 100 faiz effekt verib
Böyük Britaniya koronavirusa qarşı kütləvi peyvəndləməyə başladı
Rusiyanın virusa qarşı peyvəndi hamilə qadınlar üçün təhlükəlidirmi?
Koronavirus peyvəndi pulsuz və könüllü olacaq
Azərbaycan koronavirus peyvəndini hansı ölkədən alacaq? - TƏBİB-dən açıqlama
Peyvənd olunan jurnalist COVİD-ə yoluxdu - Rusiyanın "Sputnik-V"si də cəhənnəmə getdi...
Türk alimlərin peyvəndi il sonuna kimi istifadəyə buraxıla bilər
Koronavirusa qarşı peyvəndlər əhaliyə hansı qaydada paylanacaq? - ÜST AÇIQLADI
Çində koronavirus əleyhinə qəribə vaksin sınaqdan keçirilir
Yaponiya şirkətləri koronavirusa qarşı dörd peyvəndin preklinik sınaqlarını keçirirlər
Dünyanın ilk təsdiqlənmiş peyvəndi vuruldu - Video
Koronavirusa qarşı immunitet 1 ay sonra təsirini itirir
Peyvənd olunmaq istəyən şəxslərin NƏZƏRİNƏ
“Heç kəs məcburi şəkildə vaksinasiya edilə bilməz” - İnfeksionist
Səhiyyə Nazirliyi vətəndaşlara müraciət etdi
TƏBİB: Peyvənd istehsal edən ölkələr və təşkilatlarla ikitərəfli danışıqlar aparılır
"Koronavirus hər il olacaq" - Adil Qeybulla
Dünyada COVID-19 peyvəndlərinin bölgüsü müddətləri açıqlandı
ÜST-dən koronavirus əleyhinə peyvəndlə bağlı AÇIQLAMA
Rusiyada peyvənd vurulan 20 nəfər koronavirusa yoluxdu