Dünyanın ən bahalı viskisi olan "The Macallan Valerio Adami" hərraca çıxarılıb.  
Xarici KİV xəbər verir ki, Londondakı Sotheby's hərrac evində satışa çıxarılan içki 1,45 milyon dollar dəyərindədir.  
İlkin tender noyabrın 1-də başlayacaq.  1926-cı il istehsallı daha bir "Macallan" 2019-cu ildə hərrac evi tərəfindən rekord 1,5 milyon funta satılıb. 
"Macallan 1926, hər auksionçunun satmaq istədiyi və hər kolleksiyaçının sahib olmaq istədiyi viskidir", - deyə hərrac evinin rəhbəri qeyd edib.