Azərbaycanla Ermənistan arasına dövlət sərhədinin demilitasiyası davam edir. 
Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, sərhədlərin yenidən müəyyənləşməsi nəticəsində Ermənistanın Cermuk vilayətinin otlaq sahələri Azərbaycanın nəzarətinə keçib.
Cermukun bələdiyyə sədri Vardan Ohannisyan deyib ki, Azərbaycan hərbçiləri sərhədləri dəqiqləşdirmək həmin əraziyə gəlib. “Həmin gün mən də sərhəddə idim. Sərhədddin delimitasiyasi əlaqədar tərəflər arasında danaşıqlar aparıldı. İndi sərhəd Cermukdan 12 kilometr məsafədədir. Burada əvvəllər otlaq sahəsi kimi istifadə edilən ərazilər Azərbaycanın nəzarətinə keçib”, - deyə o bildirib.
Erməni mediasında tirajlanan materiallardan sezilir ki, Bakı ilə İrəvan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı aparılan danışıqlar və atılan addımlar Ermənistan ictimai mühitində o qədər də xoş qarşılanmır.
Xüsusilə Baş nazir Nikol Paşinyanın əleyhdarları bu mövzuda danışarkən onu növbəti xəyanətdə ittiham edirlər.
Ermənistan mediası yazır ki, İrəvanın sərhədlərin delimitasiyasına hansı prinsiplə razılaşdığı aydın deyil. Erməni KİV-ləri hesab edir ki, delimitasiya Ermənistanın ziyanınadır.
Bundan başqa, Zəngəzur mahalının Azərbaycanın nəzarətinə keçə bilməsi ilə bağlı narahatlıq var. Erməni müxalifətinin və Paşinyana qarşı olan digər qüvvələrin fikrincə, sərhədlərin delimitasiyası Zənzgəzurun Azərbaycanın nəzarətinə keçməsi ilə nəticələnə bilər.