“ABŞ-ın sanksiya qərarı Türkiyənin suverenliyinə hücumdur” - Ərdoğan
16-12-2020, 18:18
81

“ABŞ-ın sanksiya qərarı Türkiyənin suverenliyinə hücumdur” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən ölkəsinə qarşı birtərəfli şəkildə sanksiyaların tətbiqinə münasibət bildirib.
 Ərdoğan deyib ki, ABŞ-ın sanksiya qərarı Türkiyənin suverenliyinə hücumdur.
Onun sözlərinə görə, ABŞ-ın məqsədi Türkiyəni özündən asılı vəziyyətə salmaqdır: “Bu necə müttəfiqlikdir?! Ötən həftə də Avropa İttifaqının Türkiyəyə sanksiya tətbiqi məsələsi vardı. Niyə Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alıb? Çünki ABŞ öz əlindəki hava hücumundan müdafiə sistemlərinin satışına icazə vermir. F-35 təyyarələrinin minə yaxın hissəsini Türkiyə istehsal edib ABŞ-a verir. Senatda çıxan əngəllərlə yanaşı, bu sistemləri almaq üçün bizim tələblərimizin heç birini qarşılamayan ABŞ üzərimizə sanksiya silahını çəkdi. Bu bəhanədir. Məqsəd üzüm yemək deyil, bağbanı döyməkdir. Bizi özlərindən asılı vəziyyətə salmaq istəyirlər. Bunu yaydıqları hesabatlarda da büruzə verirlər”.
Türkiyə Prezidenti qeyd edib ki, ölkəsi belə bir halla ilk dəfə rastlaşmır və indiki çətin vəziyyətdən çıxmaq üçün müdafiə sənayesi sistemini daha da gücləndirəcəklər: “Türkiyə 1974-cü ildə də Kipr məsələsində belə bir vəziyyətlə üzləşdi. İndiki müdafiə sənaye sistemimizin gəldiyi vəziyyətin başlanğıcı o vaxtdan qoyuldu. Türkiyə artıq bu cür sanksiyalarla məşğul olub qalmayacaq. Əlbəttə problemlərimiz olacaq, amma hər problem bizə daha başqa çıxış və həll yolları açacaq”.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi Türkiyənin dörd rəsmi şəxsinə, o cümlədən Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmirə qarşı sanksiya tətbiq edib. ABŞ Dövlət katibi Mayk Pompeo deyib ki, Türkiyəyə qarşı sanksiya Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alındığı üçün tətbiq olunub. (APA)

Oxşar xəbərlər

Fransa Türkiyəyə qarşı sanksiya tətbiqinə çalışır
"Cəhənnəmdən gəlmə" sanksiyalar Konqresdə: Ərdoğan, köməkçisi və nazirlər... - 90 gün VAXT VERİLDİ
Bakıda möhtəşəm Zəfər paradı - CANLI YAYIM (YENİLƏNİR)
Türkiyə Çin və Rusiyadan vaksin almağı planlaşdırır
Ərdoğan Makrona səsləndi: "Türkiyəyə qarşı durmağa çalışma"
Bakıda möhtəşəm Zəfər paradı başladı - CANLI
Yunanıstan Türkiyəyə qarşı silahlanır: ABŞ-dan F-35 alır
Ərdoğan Bakıya xanımı ilə birgə gələcək
ABŞ-da şok təklif: Ərdoğana sanksiya tətbiq edilsin
Ukrayna ordusu Azərbaycan döyüşçülərinin təcrübəsini öyrənir
Ərdoğan Minsk qrupunu tənqid etdi
"Ermənistan ağır məğlubiyyətə düçar olub” - Ərdoğan
Bakıda möhtəşəm Zəfər paradı başa çatdı - VİDEO (YENİLƏNİB)
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşdü
Ərdoğan bu tarixdə Bakıya gələcək
ABŞ-da skandal görüş – Terrorçuları qəbul etdilər, üstəlik…
Ərdoğanı ABŞ-da belə qarşıladılar
Ərdoğan peyvənd olunacaq
Azərbaycan Ordusu düşmənin daha bir neçə hərbi texnikasını məhv edib - VİDEO
İrəvan səmasında Türk pilotsuz təyyarəsi uçmayıb - Müdafiə Nazirliyindən rəsmi açıqlama
İlham Əliyevlə Ərdoğanla danışdı
Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi - 500 min istəyir
Ərdoğan İlham Əliyevə zəng etdi
Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalandı
Ərdoğandan Bakı səfərindən sonra önəmli açıqlamalar
Ərdoğan Avropanı hədələdi: Bir daha işğal desəniz…
Ərdoğan: "750 İŞİD-çidən 195-i Türkiyə Silahlı Qüvvələri tərəfindən tutulub"
Putin və Ərdoğan daim dialoqdadırlar - Rəsmi Moskva
Qoy indi Kanada düşünsün ki... - Politoloq
“Azərbaycan Türkiyəsiz qalmayacaq” - Ərdoğan sülhməramlılar barədə