Finlandiya noyabrın 17-dən 18-nə keçən gecə Rusiya ilə sərhəddə yerləşən dörd sərhəd-keçid məntəqəsini bağlayacaq.
Bu barədə "Helsingin Sanomat" agentliyi məlumat yayıb. 
Finlandiyanın daxili işlər naziri Mari Rantanen öz növbəsində Vaalimaa, Nuijamaa, İmatra və Niirala keçid məntəqələrinin tamamilə bağlanacağına aydınlıq gətirib: "Müraciətlər yalnız Salla və Vartius sərhəd-keçid məntəqələrində qəbul ediləcək".