Köçəryan Moskvada: Gizli plan işə düşdü
17-12-2020, 12:07
159

Köçəryan Moskvada: Gizli plan işə düşdü

Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətdən devrilməsi prosesinə start verilib. 
Yenisabah.az xəbər verir ki, artıq erməni mediası Paşinyanın yaxın vaxtlarda devrilə biləcəyini yazır. Baş nazirin hətta erkən parlament seçkiləri keçirmək şansı belə yoxdur. Baxmayaraq ki, artıq Paşinyan və komandası növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruri olduğunu düşünürlər.
Erməni mediası xüsusilə ölkənin ikinci prezidenti Robert Köçəryanın bu günlərdə Rusiyaya üçgünlük səfərinə diqqət çəkir. Bildirilir ki, Köçəryan artıq Moskvadadır. Doğrudur, bu qəfil səfər maliyyə korporasiyası olan “Sistem” SC-nin direktorlar şurasının iclasında iştirakla da əlaqələndilir. Çünki Robert Köçəryan da bu korporasiyanın direktorlar şurasının üzvüdür. Lakin bu məsələnin görünən tərəfidir.
Köçəryanın Rusiyadakı erməni diasporası və siyasi dairələrlə görüş keçirəcəyi barədə ehtimallar var. Hətta onun Rusiyanın Prezidenti Vladimir Putinlə də görüşəcəyi istisna deyil.
Siyasi analitiklər hesab edir ki, Köçəryanın Moskva səfərindən sonra Ermənistanda Paşinyan hakimiyyətinə qarşı etirazlar daha şiddətli xarakter ala bilər.
Hələlik Paşinyanın devirdiyi Qarabağ klanı tam gücünü ortaya qoymayıb. Köçəryan barəsində cinayət işinin olması və onun hazırda məhkəmə prosesinin getməsi ona bağlı qüvvələrin hələlik bir qədər loyal münasibət sərgiləyir. Amma artıq vaxt yetişib.
Bundan əvvəl Ermənistanın prezidenti Armen Sarkisyan Moskvaya səfər etmişdi. O da Moskvada erməni icması ilə görüşlər keçirmişdi. Bundan sonra isə Paşinyanın əleyhdarlarına dəstəyini nümayiş etdirmişdi.

Oxşar xəbərlər

Paşinyan gizli iclas keçirdi: Növbədənkənar seçki?
Kreml əmr versə, qiyam Qarabağdan başlayacaq
Putin Paşinyanı niyə rədd etdi? – Sarkisyanın Moskva səfərinin pərdəarxası
“Paşinyan Yeni ilədək  istefaya gedəcək“ - Erməni politoloq
Anna Akopyanla general arasında nə baş verib? – Paşinyan onu qovdurdu
 Köçəryan külli miqdarda silah gətizdirdi – Erməni mediası
Paşinyanın sonu çatdı: Daşnaksütyündan son açıqlama
“Türkiyəni müharibəyə qoşmaq cəhdimiz alınmadı“ - Köçəryan
Baş nazirin istefa verməsi lazımdır – Paşinyan üçün son
Anna Akopyanı güllələnmiş birinci xanımla müqayisə etdilər – Paşinyana gizli mesaj
Bu, ölümcül səhviydi - Köçəryan müharibədən danışdı
"Paşinyan erkən seçkilərdə müxalifəti zərərsizləşdirmək istəyir" - Ermənistan KİV
Ermənistan tezliklə ikinci zərbəni də alacaq - Köçəryan
SON DƏQİQƏ: Paşinyan qızlarını Kanadaya qaçırdı
“Paşinyan artıq siyasi meyitdir“ - Politoloq
Armen Sarkisyan Koçaryanla görüşdü - Paşinyana qarşı ittifaq
Paşinyan bu tarixdə istefa verəcək - Erməni mətbuatı
Rusiya erməniləri Paşinyanın istefasını tələb edir
Putin İrəvana əliboş gəlmir: Nələr olacaq?
Paşinyanı bu adamla əvəz etmək istəyirlər: Gizli plan
Putin Paşinyanı niyə devirmək istəyir? (ŞƏRH)
Ermənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli olub
Ermənilər Rusiyadan əlini üzdü: “Bizim əvəzimizə döyüşməyəcəklər…”
Peskovdan Paşinyanın Putinlə bağlı açıqlamasına Reaksiya
Ermənistan əhalisinin 50 faizi Paşinyanın istefasını dəstəkləyir
Erməni polisi Paşinyandan üz döndərir - 167 nəfər istefa verdi
Ermənistanı etiraz aksiyaları bürüdü – Video
Paşinyanın istefaya gedəcəyi tarix - 6 dekabr
"Paşinyan özü gedən deyil, göndərmək lazımdır" - Erməni deputat
Sarkisyan Moskvaya getdi