Bir müddət əvvəı israilli iş adamına məxsus gəminin ələ keçirildiyini bildirən “Ənsar Allah” hərəkatından olan Yəmən husi üsyançılarının hərəkətləri ilə İranın heç bir əlaqəsi yoxdur.
TASS xəbər verir ki, İranın Xarici İşlər nazirliyinin sözçüsü Nasir Kənani belə açıqlama verib.
İranın diplomatiya idarəsinin sözçüsü İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin Qırmızı dənizdə “Galaxy Leader” gəmisnin qaçırılmasında İranın əli olması ilə bağlı ittihamları rədd etdiyini vurğulayıb. O, bu cür ittihamların əsassız olduğunu bildirib.
Xatıqladaq ki, Baham adaları bayrağı altında üzən, lakin israilli sahibkar Rami Ungerə məxsus olan “Galaxy Leader” gəmisi Qırmızı dənizdə husilər tərəfindən ələ keçirilərək, Yəmənin qərbindəki Hudeyda əyalətindəki limana aparılıb. Gəmidə 22 ekipaj üzvü olub