Rusiyanın xarici işlər naziri Sergey Lavrov suriyalı həmkarı Faysal Mekdadla görüşüb.
Gündəlik Bakı xəbər verir ki, görüş Suriya XİN başçısının Moskvaya səfəri çərçivəsində baş tutub.
Nazirlər ikitərəfli əlaqələri, Suriya böhranının həlli, Yaxın Şərq və Şimali Afrika regionundakı vəziyyət də daxil olmaqla, regional və beynəlxalq məsələləri müzakirə ediblər. (APA)
Qeyd edək ki, bu Faysal Mekdadın Suriya xarici işlər naziri kimi Rusiyaya ilk səfəridir. O, bundan öncə Tehrana səfər edib.