Ermənistan Müdafiə Nazirliyi bir sıra xarici və erməni KİV-lərinin Ermənistanın Ukraynaya raket tədarük edəcəyi ilə bağlı yaydığı məlumatı təkzib edib.
Armenpress xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan danışıb.
"Müdafiə Nazirliyinin müvafiq idarəsi sahəyə aid mətbu nəşrlərin monitorinqini aparır, zərurət və məqsədəuyğun olaraq onlara şərh verir və ya cavab verir. Bu məlumat həqiqətə uyğun deyil və biz tərəfdaşlarımızı - Ermənistan KİV-lərini xarici təbliğat mənbələrindən yalan tezislər yaymamağa çağırırıq”.