Gürcüstan prezidenti Salome Zurabişvilinin Qombora adlı iti Tbilisinin mərkəzində yoxa çıxıb.
Ölkə rəhbəri bu barədə "Facebook"da məlumat yayıb. 
“Qombora Mziuri/Çavçavadzenin yaxınlığında itdi. O, boz rəngli yaxalıq geyinib. Tapsanız bizimlə əlaqə saxlayın”, -  məlumatda deyilir.  
Gürcüstan prezidenti dəfələrlə paytaxtın mərkəzi parklarında iti gəzdirərkən görüntülənib.