Ukrayna Silahlı Qüvvələri Xerson istiqamətində amfibiya əməliyyatı keçirmək cəhdlərində uğursuzluğa düçar olub. 
Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. 
O qeyd edib ki, Ukrayna qoşunlarının Dəniz Piyadaları və Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri böyük itkilər verir. 
Şoyqu son bir ay ərzində Ukrayna hərbçilərinin ümumi itkilərini açıqlayıb: "13,7 mindən çox hərbçi və 1800-ə yaxın müxtəlif silah və texnika".