Rusiyada həbs edilən azərbaycanlılar ölkəmizə təhvil verildi
18-12-2020, 11:31
131

Rusiyada həbs edilən azərbaycanlılar ölkəmizə təhvil verildi

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının  tələblərinə əsasən, Rusiya Federasiyasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində iki ölkə ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü qarşılıqlı ekstradisiya edilmələri barədə sorğular edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Gəncə hərbi prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Tağıyev Urfan Bərxudar oğlunun –  Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən №-saylı hərbi hissəsində xidmət edərkən 23 sentyabr 2018-ci ildə saat 12:00 radələrində hərbi hissəni özbaşına tərk etməsinə, hal-hazıradək xidmət yerinə qayıtmayaraq fərarilik etməsinə; Nəsimi rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Ağayev Ağadadaş Valeh oğlunun – 01.01.2018-ci il tarixində özgənin  əmlakını ələ keçirmək məqsədi ilə talama cinayətini törədərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, İrkutsk şəhər, Sverdlovsk rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Rusiya Federasiyası vətəndaşı Tağıyev Münakif Raqub oğlunun - 2014-cü ilin may ayında qeyri-rəsmi münasibətdə olduğu Burkova Natalia Vladimirovna ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində bıçaqla sonuncuya zərbə vuraraq ona həyat üçün təhlükəli olan ağır xəsarət yetirməsinə əsaslı şübhələr müəyyənləşib.
Qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışlar elan edilib.
Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğunun qarşılıqlı sorğuları təmin edilməklə Urfan Tağıyev və Ağadadaş Ağayev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə, Münakif Tağıyev isə Rusiya Federasiyasına ekstradisiya olunub.

Oxşar xəbərlər

Rusiyada həbsdə olan 2 nəfər Azərbaycana ekstradisiya olundu
Ermənistan ordusunun əsgəri fərarilik edib
Türkiyənin İnterpolla axtardığı şəxs Sumqayıtda həbs edildi
Ermənilərin kimyəvi mərmilərdən istifadəsilə bağlı cinayət işi açıldı
Lənkəranda vəzifəli şəxsə cinayət işi açıldı
Vejnəli qızıl yatağının talanmasına görə 3 nəfər barəsində beynəlxalq axtarış elan olunub
Erməni meyitlərini təhqir edən 4 hərbi qulluqçumuz həbs olundu
Salyanda qonşusunu öldürən şəxslə bağlı cinayət işi başlanıb
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Qarabağda döyüşən “Krım könüllüləri birləşməsi"nin rəhbərinə cinayət işi açıldı
Baş Prokurorluq axtarışda olan Vaaqn Çaxalyanla bağlı məlumat yaydı
Hərbi helikopterin vurulması ilə bağlı cinayət işi açılıb
Azərbaycanda kişi tanışı tərəfindən BIÇAQLANDI
Goranboyda polisə qarşı zor tətbiq edən həbs olundu
Abxaziyadan Qarabağa gələn 20-dən çox muzdluya cinayət işi açıldı
“Erməni Soyqırımı Muzey-İnstitutu”nun direktora cinayət işi açıldı
Mingəçevirdə bacısını öldürən şəxs tutulub
Mingəçevirdə bıçaqlanan qadın xəstəxanada öldü
Cəlilabadda həyat yoldaşını bıçaqlayan şəxs həbs edildi
Şabran sakini həmyerlisini bıçaqlayıb
Yasamalda qətldə təqsirləndirilən şəxs tutuldu
Qonşusunu öldürən şəxs saxlanıldı
Şəmkirdə 83 yaşlı kişi güllələnərək qətlə yetirilib
Azərbaycanda DƏHŞƏT: Oğul anasını bıçaqladı
Qadını öldürüb, anasını bıçaqlayan şəxs saxlanıldı
Hərbçilərin görüntüləri ilə bağlı cinayət işi açıldı
Prokuror hökumət əleyhinə çağırışlar edən Elvin İsayevə cəza istədi
Arvadını xüsusi amansızlıqla qətlə yetirən ər saxlanılıb
Daha bir vəzifəli şəxsin işi məhkəməyə göndərildi
Terrorçuluğa çağırışlar edən ermənilərlə bağlı cinayət işi açılıb