Türkiyə MN-dən Ağdamdakı Birgə Mərkəzlə bağlı yeni açıqlama
20-12-2020, 15:16
82

Türkiyə MN-dən Ağdamdakı Birgə Mərkəzlə bağlı yeni açıqlama

“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin ən qısa zamanda Ağdamda fəaliyyətə başlaması üçün əməkdaşlığımız Azərbaycan və Rusiya Federasiyasının koordinasiyasında davam etməkdədir”.
Bu fikirləri Türkiyə Müdafiə Nazirliyinin həftəlik yayımlanan mətbuat bülletenində bildirilib.
Qeyd olunub ki, Ermənistanın işğalından azad edilən Azərbaycan ərazilərinin təhlükəsizliyinin təmini üçün Türkiyə Silahlı Qüvvələrinin dəstəyi davam edir: “Azərbaycan Ordusuna dəstək məqsədilə 135 personaldan ibarət 2 Xüsusi Mina Təmizləmə qrupu mina axtarışı və zərərsizləşdirilməsində iştirak edir. Digər partlayıcıların kəşfiyyatı və məhv edilməsi üçün hər birində  4 nəfər olmaqla 12 komanda (tim) və 64 personal isə təlim-tədrisə dəstək verməkdədir”.
“Türkiyə olaraq, “İki dövlət, bir millət” anlayışı ilə bu günə qədər kədərini kədərimiz, sevincini sevincimiz bildiyimiz can qardaşlarımızın yanında olmağa davam edəcəyik” deyə açıqlamada bildirilib.
Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında qəbul edilən atəşkəs razılaşmasından sonra noyabrın 11-də Türkiyə və Rusiya müdafiə nazirlərinin imzaladıqları memorandum çərçivəsində Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə hər iki ölkənin Birgə Mərkəz yaratması qərarı verilib.

Oxşar xəbərlər

Türkiyə Müdafiə Nazirliyindən Qarabağ AÇIQLAMASI
"Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır” - Akar
Türkiyə ilə Rusiya arasında Qarabağa dair razılaşma imzalandı
Türkiyə və Rusiyanın Qarabağa dair danışıqları başa çatdı
Türkiyə hərbçiləri ən qısa vaxtda Azərbaycanda olacaq - RƏSMİ
Ərdoğan qanunu imzaladı - Türk əsgəri Azərbaycana göndərilir
“Qarabağda atəşkəsə böyük ölçüdə riayət edilir, prosesləri nəzarətdə saxlayırıq” - Akar
Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalandı
Monitorinq Mərkəzində Türkiyə və Rusiya hərbçilərinin sayı eyni olacaq
Rus hərbçilər Qarabağda mina təmizləməyə davam edir - VİDEO
“Buna imkan verməyəcəyik” - Türkiyədən ruslara Qarabağla bağlı XƏBƏRDARLIQ
Ağdamın azad edilməsi Türkiyədə də alqışlanır
“Türkiyə hərbçiləri azad edilmiş ərazilərin minalardan təmizlənməsinə yardım edəcəklər” - Hulusi Akar
“Türkiyə daim azərbaycanlı qardaşlarının yanında olacaq” - Hulusi Akar
Türkiyə və Rusiya Qarabağda birgə patrul xidməti həyata keçirəcək - Hulusi Akar
Rusiya bildiyini edir, ancaq buna mane ola bilməyəcək - Politoloq
Türk əsgəri Azərbaycanda nə qədər qalacaq? - Sənədin tam mətni
Sergey Lavrov: “Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik”
Qarabağda vəziyyətə nəzarət: Türk-rus Mərkəzi hansı işə baxacaq?
Türkiyə və Rusiya müşahidə mərkəzi ilə bağlı razılaşma imzaladılar
Qardaş ölkədən Azərbaycana daha bir dəstək
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdamda yerləşəcək - Prezidentdən AÇIQLAMA
Hulusi Akardan ermənilərin Hadrutdakı təxribatı ilə bağlı AÇIQLAMA
Kremldən Türkiyənin Azərbaycana hərbçi göndərməsinə ilk reaksiya
Türkiyə hərbçilərinin Dağlıq Qarabağda qalacağı müddət açıqlandı
Türkiyə MN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi
Ərdoğan hökumət üzvləri ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək
“İşğalı davam etdirməyə çalışanların cəhdləri boşa çıxacaq” - İbrahim Kalın
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşdü