“Millətimizlə bərabər Kipr və Azərbaycan türkləri daxil, bütün dost və qardaş ölkələrin mənfəətini qorumağa çalışırıq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib. 
R.T.Ərdoğan bildirib ki, dünyada ən çox humanist dəstək verən ölkə olaraq beynəlxalq aləmdə bununla əlaqədar öz üzərinə məsuliyyət götürüb: “Türkiyə haqqına, hüququna qarşı qürurlu bir müqavimət nümayiş etdirir, kimsənin torpağında gözü yoxdur".