ABŞ mətbuatı 59 yaşı tamam olan Azərbaycan Prezidentinin uğurlarından yazdı
28-12-2020, 11:19
97

ABŞ mətbuatı 59 yaşı tamam olan Azərbaycan Prezidentinin uğurlarından yazdı

Amerika Birləşmiş Ştatlarının  məşhur "Medium.com” xəbər saytında ”Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni sülh quruculuğu dövründə Qarabağı bərpa edəcəyinə söz verdi” başlıqlı publisistik məqalə dərc olunub.   
 
Məqalədə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğalçı Ermənistan tərəfindən şəhərləri, abidələri, məscidləri və infrastrukturu tamamilə dağıdılmış Qarabağ bölgəsini yenidən bərpa edəcəyinə söz verib: 
"Azərbaycan 27 sentyabr tarixindən başlayaraq 44 gün davam edən müharibənin nəticəsi olaraq 10 noyabr tarixində imzalanan sülh müqaviləsinə əsasən Ermənistanın 30 illik qanunsuz işğalına son qoymuş və öz suverenliyini Erməni işğalından azad edilmiş torpaqlar üzərində bərpa etmişdir.
BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və müxtəlif regional və beynəlxalq təşkilatların işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çəkilmə çağırışlarına məhəl qoymayan Ermənistan hökümətinin son 30 ildə Dağlıq Qarabağ və işğal edilmiş digər regionlar üzərində qanunsuz hərbi nəzarətini davam etdirməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət heç vaxt Ermənistanın Dağlıq Qarabağa olan iddialarını tanımayıb.
Dekabr ayının 23-də Qubadlı və Zəngilanı ziyarət edən İlham Əliyev "Həyatımın ən gözəl günlərini qeyd edirəm” deyə vurğuladı. 
Qarabağda yenidənqurma işlərinə toxunan cənab Prezident Qarabağda bütün tarixi abidələri, məscidləri, binaları, şəhər və infrastrukturu yenidən bərpa ediləcəyinə söz verdi.
Qarabağın yenidən qurulması prosesində, tarixi, dini və mədəni abidələrin qorunması və bərpası işində Prezident İlham Əliyevlə yanaşı, onun xanımı, Respublikanın Birinci Vitse-Prezidenti və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Onun rəhbərliyi ilə Heydər Əliyev Fondu vasitəsi ilə Şuşa şəhərində və Ağdam rayonunda artıq müxtəlif bərpa işlərinə başlanılmışdır.
Rəsmi mənbələrin verdiyi məlumata görə, Prezident İlham Əliyevin Qarabağla bağlı planlarındakı növbəti addım "Qarabağda erməni və azərbaycanlı icmalar arasında həmişə mövcud olmuş dinc yanaşı yaşamaq kimi açıq sosial reallığın yenidən bərpası və Ermənistan hökuməti ilə münasibətlərin normallaşdırılmasıdır”.
Məqalədə Prezident İlham Əliyevin bu sözlərinə də yer verilib:
"Bizim heç vaxt erməni xalqı ilə problemimiz olmayıb. Problemlər hər zaman Ermənistan hökuməti tərəfindən ortaya atılıb. Erməni və Azərbaycan xalqları, xüsusən də Qarabağda dinc və yanaşı olaraq yaşayacaq icmalar, hər zaman olduğundan daha çox iki ölkə arasında münasibətlərin normallaşması üçün səy göstərməyə borcludurlar”.

Oxşar xəbərlər

İlham Əliyev erməni xalqına MÜRACİƏT ETDİ
“İşğalçını öz adı ilə çağırmaq istəmirdilər” – İlham Əliyev
“Azərbaycan 30 il işğalda olan ərazisinin böyük hissəsini azad edib”
“Bu, Azərbaycan və erməni xalqlarının marağındadır” - Putin
Ərdoğan İlham Əliyevə zəng etdi
Dövlət başçısı: "Ermənistan bu torpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil"
Avropa mətbuatı erməni təcavüzündən yazdı
"Ermənistan öz xoşu ilə qalan torpaqlardan çıxmalıdır" - Prezident
"Ermənistan hökuməti şərtimə əməl edərsə..." - İlham Əliyev
Ali Baş Komandan: “Yoxdur Ermənistan ordusu, biz onu məhv etmişik”
İrəvan artıq anlamalıdır: Qarabağ, “artsax” yox - Mixaylov
Tarixçi alim: “Əgər Ermənistan bəyanata sadiq qalmasa...”
Ərdoğan İlham Əliyevə zəng etdi
“Bu qiymətləndirməyə tamamilə şərikik“ - Azərbaycan XİN Putinin fikirlərinə münasibət bildirib
"Madagizin tarixi adını bərpa edirəm" - Dövlət başçısı
Prezident: "200-ə yaxın yaşayış məntəqəsi düşməndən azad edilib və bu, davam edir"
"O deməlidir ki, bəli, işğal edilmiş ərazilər Azərbaycana qaytarılacaq" - Prezident bir daha atəşkəs şərtini açıqladı
XİN-dən Putinin Qarabağla bağlı fikirlərinə MÜNASİBƏT
Ağdamın azad edilməsi Türkiyədə də alqışlanır
Aİ Şurasının Prezidenti İlham Əliyevə zəng edib
Metronun yeni stansiyası "8 Noyabr" adlanacaq - RƏSMİ
İlham Əliyev: "Qarabağ – Azərbaycandır. Və nida işarəsi"
İlham Əliyev Ərdoğana təşəkkür etdi
Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək"
"Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib" - Prezident
Ceyhun Bayramov Avropa Şurasında ermənilərin son təxribatlarından danışdı
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
Heydər Əliyev Fondu Qarabağdakı dini abidələrimizin bərpasına başlayır
Hikmət Hacıyev: “Ermənistan ərazisindən Azərbaycan Ordusunun mövqelərinə davamlı olaraq atəşlər açılır”