Çindən vaksin almaq olar? - “Qorxmaq lazım deyil“
29-12-2020, 12:30
145

Çindən vaksin almaq olar? - “Qorxmaq lazım deyil“

Koronavirusla mübarizə çərçivəsində Çində “Sinovac” vaksini hazırlanıb. Kliniki sınaqlardan uğurla keçən vaksini dünyada 100-dən çox ölkə sifariş verib. Məlumata görə, İndoneziya və Türkiyə indiyədək peyvəndin ən yüksək effektivlik faizini qeydə alan ölkələr olub. İstehsalçı “Sinopharm” şirkətinin açıqlamasına görə, sifarişləri təmin etmək üçün artıq 500 milyon doza vaksin istehsal olunub.
Məsələ ilə bağlı açıqlama verən həkim-professor Adil Qeybulla qeyd edib ki, Azərbaycan daha çox təhlükəsiz vaksinlərin alınmasında maraqlı olmalıdır:
“Çünki ortada genefondun təhlükəsizliyi məsələsi var. Əslində, doğrudan da, Çində kifayət qədər yüksək səviyyəli laboratoriyalar var. Zamanında bu istiqamətdə bir sıra dərmanlar hazırlanıb. O baxımdan vaksini yoxlamaq lazımdır. Əgər həqiqətən, keyfiyyətlidirsə, onu almağa dəyər, vaksindən qorxmaq lazım deyil. Bu zənciri qırmaq, prosesi lokallaşdırıb itkiləri azaltmaq üçün risk qrupuna aid şəxsləri, ilk növbədə tibb personalını vaksinasiya etmək lazımdır”.
Həkim hesab edir ki, vaksinasiya və koronavirusdan sağalan xəstələrlə birgə kollektiv immunitet yaratmağa nail olmaq mümkündür:
“Lakin vaksinasiya hələ pandemiyanın sonu demək deyil. Ondan sonra da insanlar özlərini qorumalıdır. Çünki hələ vaksin olunduqdan 42 gün sonra immunitet formalaşmağa başlayır. Əgər “Sinovac” vaksini  kifayət qədər fayda veribsə, lap yaxşı, bizə də onun təhlükəsizliyi lazımdır. O baxımdan düşünürəm ki, istifadəsində problem yoxdur”.

Oxşar xəbərlər

Elm bəşəri bəlaya qalib gəlir: “Sinovac” koronavirusun kökünü kəsir
Türkiyədə koronavirus vaksini pulsuz vurulacaq
Türkiyə Rusiya vaksinindən niyə imtina etdi? - Nazirdən AÇIQLAMA
Bu peyvəndin ciddi təsirə malik olduğu təsdiqlənib
Çin peyvəndi əksər ölkələr üçün daha əlverişlidir
Çin yeni inaktiv vaksini təsdiqlədi
Qərb İrana vaksin satmır
Çində koronavirus əleyhinə qəribə vaksin sınaqdan keçirilir
"Sinovac"ın vaksinləri 97 faiz effektivlik göstərdi
“Azərbaycanda yoluxma sayında artımı oktyabrda görə bilərik” — İnfeksionist
Zəngin ölkələr ehtiyacından artıq vaksin alır
“Heç kəs məcburi şəkildə vaksinasiya edilə bilməz” - İnfeksionist
Rusiyanın virusa qarşı peyvəndi hamilə qadınlar üçün təhlükəlidirmi?
Deputatdan dərman çatışmazlığına ilginc reaksiya: “Adamlar alıb, evə doldurur…”
Azərbayan Rusiyanın vaksinini alsınmı?
Vaksinin Azərbaycana gətiriləcəyi vaxt AÇIQLANDI
Azərbaycana qrip əleyhinə vaksin gətirilir
Türkiyə Çin və Rusiyadan vaksin almağı planlaşdırır
Rusiyada növbəti vaksinin istehsalı başa çatdı
Türkiyədə 40 könüllü vaksinasiyadan keçdi
Köhnə vaksinlər yeni virusu nə qədər əngəlləyə bilər?
Hamımız korona olacağıq, sonra…
Hər kəs bu virusa yoluxacaq: Gərginlik davam edir
BƏD XƏBƏR: Hamımız koronavirus olacağıq, sonra...
Türk alim koronavirus vaksininin hazır olacağı vaxtı açıqladı
Koronavirusa qarşı peyvəndlər əhaliyə hansı qaydada paylanacaq? - ÜST AÇIQLADI
Bəzi şəxslərə koronavirus vaksini vurulmayacaq - TƏBİB
“Sinovac”ın qoruyucu təsiri açıqlandı: “Türkiyədə aparılan tədqiqatlar göstərir ki...”
Azərbaycanda toylar belə keçiriləcək - Açıq hava, 80 qonaq...
“Yanvarın 18-dən bəzi qadağalar götürülə bilər“ - AÇIQLAMA