Kosmosdakı düşmənlər - hərbi peyklər niyə bu qədər qorxuludur? - TƏHLİL
28-04-2020, 20:00
212

Kosmosdakı düşmənlər - hərbi peyklər niyə bu qədər qorxuludur? - TƏHLİL

Aprelin 22-də İranın kosmosa göndərdiyi “Nur” adlı süni peyki İslam Respublikası ilə Qərb arasında gərginliyi yenidən artırıb. ABŞ-la yanaşı, Fransa və İngiltərə də Tehranın bu addımı pisləyərək, BMT-nin 2231 saylı qətnaməsinə zidd adlandırıblar.
Sözügedən qətnamə İranın ballistik raketlərdən istifadəsini yasaqlayırdı. Tehran isə BMT qərarının nüvə başlıqları ilə bağlı olduğunu, orbitə peyk göndərilməsi fəaliyyətini əhatə etmədiyini bildirir.
Məsələ ondadır ki, “Nur” adı verilmiş süni peyk İranın ilk hərbi təyinatlı qurğusudur və ABŞ-ın “terrorçu” təşkilat siyahısına daxil etdiyi İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən orbitə göndərilib. Hazırda 425 kilometr yüksəklikdə yerləşən peykin siqnal ötürdüyü açıqlanıb. Lakin ABŞ hərbi komandanlığı bildirir ki, “Nur” peykinin hərbi kəşfiyyat məlumatları əldə etməsi imkanları aşağıdır.
Ancaq istənilən halda bu, Tehranın kosmik fəzadan hərbi məqsədlərlə istifadəsi baxımdan ciddi addımdır və görünür bu səbəbdən də Qərb paytaxtlarında narazılıqla qarşılanıb. Həmçinin, körfəz ölkələri də bu addımı regional təhlükəsizlik üçün təhdid adlandırıblar. 
Bəs hərbi təyinatlı peyklər haqqında nələr bilinir? Hərbi peyklər nə üçün bu qədər narahatlıq doğurur? 
Təxmini hesablamalara görə, hazırda dünyadakı hərbi peyk bazarının dəyəri 15 milyard dollar ətrafındadır. Orbitə ilk hərbi təyinatlı peyki 1957-ci ildə SSRİ göndərib. ABŞ isə hərbi təyinatlı ilk peykini hələ 1955-ci ildə sifariş edib. Lakin ruslar daha cəld tərpənib və 1957-ci ildə “Sputnik-1” peykini orbitə yerləşdirib. Təbii ki, az sonra kosmosa ABŞ hərbi peykləri göndərilib. Hazırda ABŞ bu sahədə liderdir. Ümumilikdə isə indi ABŞ və Rusiya ilə yanaşı İngiltərə, Fransa, İtaliya, İsrail, Çin və daha bir neçə ölkənin kosmosda hərbi peykləri mövcuddur.
Hərbi peykə sahib olan ölkə düşmənin bütün nöqtələrini izləyə, radar və simsiz rabitə xətlərini bir anda müəyyən edə, ordu birlikləri, hərbi texnika, təyyarə, gəmi və hətta sualtı qayıqlarını izləyə bilər. Əlbəttə, bunun üçün müxtəlif təyinatlı və güclü peyklərə ehtiyac var.
Hərbi peyklər rabitə, kəşfiyyat əldə etmə, hava proqnozu (müharibələrdə çox mühüm əhəmiyyət kəsb edir), erkən xəbərdarlıq sistemləri, naviqasiya və vaxt məlumatları əldə edir. 
Hərbi peyklərin klassik təyinatlı raketlərə qarşı erkən xəbərdarlıq xidməti göstərməkdir. Yəni bu peyklər yer kürəsində ballistik raketlərin havaya buraxılmasını ilk olaraq müəyyən edərək, məxsus olduğu ölkəyə çatdırır. İkinci əsas funksiyası planetdə, həmçinin, kosmosda nüvə partlayışlarını qeydə almaq və təsdiqləməkdən ibarətdir. 
Süni peyklərin “soyuq müharibə” dövründə formalaşdığını nəzərə alsaq, bu funksiyaların niyə əsas yerdə dayandığı aydın olar. Həmçinin, izləmə və nəzarət peykləri kosmosdan yerdəki obyektlərin hərəkətini izləyə və şəkillərini çəkə bilir. Elektron kəşfiyyat peykləri isə yer üzərində rabitə və təsadüfi radio dalğaları ələ keçirmək üçün ixtisaslaşıb. Həmçinin, bu peyklər yer üzərində daha mükəmməl və keyfiyyətli rabitəni təmin etməkdə istifadə olunur.
 
Peyklərin yerləşdiyi orbitlər yerinə yetirəcəkləri vəzifələrə görə təyin olunur. Rabitə xəbərdarlığı edən peyklər yalnız LEO (Low Earth Orbit), MEO (Medium Earth Orbit), HEO (Highly Elliptical Orbit) və GEO-da (Geosynchronous Earth Orbit) yerləşdirilir.
Hazırda orbitdə ən çox peyk ABŞ-a məxsusdur. İkinci yerdə Rusiya gəlir. ABŞ peykləri genişzolaqlı, mobil və taktiki sistemlər, eləcə də qorunan sistemlər kateqoriyasına bölünür. Genişzolaqlı sistemlər xəbərləşmə və məlumat ötürmə, hərbi birliklər arasında rabitənin təmin olunmasını həyata keçirir. Mobil və taktiki sistemlər daha çox kiçik mobil bölmələr, həmçinin, dəniz qüvvələri arasında taktiki rabitəni təmin edir. Qorunan sistemlər isə dəniz, quru və hava qüvvələrində mobil istifadəçilər üçün rabitəni təşkil edir.
 
Rusiya “Parus”, “Potok” (Geizer), “Raduqa” (Gran), “Raduqa-1” (Globus) və həmçinin “Strela-1”, “Strela-1M”, “Strela-2”, “Strela-2M”, “Strela-3” rabitə peyklərini orbitə buraxıb.
Hərbi təyinatlı peyklər mülki peyklərdən üç dəfə baha başa gəlir. Bu səbəbdən də bir sıra ölkələr mülki peyklərdən də hərbi məqsədlər üçün istifadə etməyə çalışır. Məsələn, Türkiyənin ilk hərbi məqsədli peyki olan “Göytürk” 167 milyon dollara başa gəlib. 
Hazırda kosmosda 302 hərbi təyinatlı peyk mövcuddur. Ümumilikdə isə kosmosda minlərlə peyk olsa da, onların əksəriyyəti fəaliyyətsizdir. Bir çox peyklər isə yararlılıq müddəti başa çatdıqdan sonra sahib olduğu ölkələr tərəfindən vurulur. Məlumatlara əsasən, hazırda kosmosda iki minə yaxın süni peyk fəaliyyət göstərir. 
Qeyd edək ki, 2018-ci ilin iyununda Rusiyada MDB Müdafiə Nazirləri Şurasının (MDB MNŞ) iclasının gedişində hərbi təyinatlı peyk rabitəsi sistemlərinin istifadəsi haqqında hökumətlərarası sazişlər imzalanıb.

Oxşar xəbərlər

“Azerspace-2" peyki 14.1 milyon ABŞ dolları həcmində gəlir gətirib
Husilər 3 alayı darmadağın etdi: İrana hücum olacaq?
İranın Hərbi Dəniz Qüvvələrinə 188 ədəd PUA verildi
Çində yeni peykin orbitə çıxarılması baş tutmadı
Hərbi ekspert: “SpaceX” Rusiyaya qarşı silah hazırlayıb”
SEPAH körfəzdə ABŞ gəmilərinə hücum etdi
Hərbi xidmətə çağırış müddəti uzadıldı - SƏRƏNCAM
İrandan Ermənistana silah daşınıb? - Səfirlikdən açıqlama
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Türkiyə bu ölkəyə ordu yeridir və Su-57 alır?
Roqozinlə Mask mübahisə etdi: Kosmos "davası"
40 il sonra üzə çıxan sirlə bağlı ŞOK FAKTLAR - ABŞ yəhudi dövlətinin əməllərini niyə gizlətdi?
Rus helikopterləri keçmiş ABŞ aviabazasına göndərildi
Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başladı
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıla bilər
Müdafiə Nazirliyindən Tofiq Yaqublunun oğluyla bağlı - Açıqlama
"Hərbi xidmətə çağırış sayı iki dəfə azaldılsın" - Deputatdan TƏKLİF
Daha bir erməni əsgər öldü
Azərbaycan ordusunda YENİLİK: hərbçilərə pul əvəzinə ərzaq veriləcək
Ermənistan Türkiyə ordusu ilə döyüşə girir - TƏFƏRRÜAT
Ermənistan ordusunun əsgəri fərarilik edib
Azərbaycanda ordudan tərxis başladı
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
Türkiyə Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq!
Azərbaycanda ehtiyatda olanlar təlimə çağırıldı - Ermənistanda panika yarandı
PKK-nın xüsusi təyinatlıları Qarabağa göndərildi - TƏFƏRRÜAT
SİYASƏT Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
Kamran Əliyev əmr imzaladı
“Hər an müharibə başalaya bilər”
İlham Əliyevin Putinə zənginin əsas səbəbi nə idi? – “Təxribatlar bir-bir onun diqqətinə çatdırılıb...”