Dünyada COVID-19-a yoluxanların sayı 86 milyonu keçib.
Gündəlik Bakı "Worldometers"ə istinadən xəbər verir ki, Çinin Vuhan şəhərində ortaya çıxan və dünyaya yayılan virusa yoluxanların sayı 86 milyon 105 min 851-ə yüksəlib. Koronavirusa görə ölənlərin sayı isə 1 milyon 860 min 540 nəfərə çatıb. 61 milyon 57 min 700 nəfər isə sağalmağa müvəffəq olub.
Dünyada ən çox yoluxma ABŞ-da qeydə alınıb ki, bu ölkədə ümumilikdə 21 milyon 353 min 51 nəfər koronavirusa yoluxub. ABŞ-ı ikinci yerdə Hindistan və üçüncü yerdə Rusiya izləyir.