Yenisabah.az xəbər verir ki, səs yazısında jurnalistin öldürülməsində Belarus kəşfiyyatının izlərinin olduğu iddia edilib.
Qeyd edilib ki, sui-qəsdin Belarus Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən hazırlandığını göstərən dəlillər ələ keçirilib. Səs yazısında Belarus prezidenti Lukaşenkonin siyasi sui-qəsdlər üçün DTK-ya 1.5 milyon dollar ayırdığı vurğulanıb.
Bildirək ki, Ukrayna polisi məsələ ilə bağlı açıqlama verərək iddiaları özündə ehtiva edən sənədlərin və səs yazılarının araşdırıldığını diqqətə çatdırıb.
