Bu gün Moskvada nələr müzakirə olunacaq?
11-01-2021, 09:56
212

Bu gün Moskvada nələr müzakirə olunacaq?

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü Qarabağ razılaşması üzrə mübahisəli məsələlərə həsr olunacaq.

Bu barədə RİA Novosti-yə şərhində "Cənubi Qafqaz" siyasi klubunun rəhbəri İlqar Vəlizadə deyib.

Siyasətçi mümkün mövzular sırasında ərazi və kommunikasiyalar üzərindəki blokadanın götürülməsi, eləcə də qoşunların çıxarılmasını göstərib.

Qeyd edək ki, dünən Kreml Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar aparılacağı barədə məlumat yayıb.

Qeyd olunub ki, danışıqlar zamanı Putin, Əliyev və Paşinyan Qarabağdakı nizamlanma prosesini və sonrakı addımları müzakirə edəcəklər. 

Məlumata görə, Putin bu gün Əliyev və Paşinyanla ayrı-ayrılıqda söhbət aparmağı da planlaşdırır.

Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorqyanın sözlərinə görə, bu gün Moskvada liderlərin görüşündə Qarabağla, yaxud ərazi məsələləri ilə bağlı sənədlərin imzalanması nəzərdə tutulmur.

Görüşlə bağlı V.Putin ATƏT-in Minsk qrupunun digər həmsədri qismində Fransa Prezidenti Emmanuel Makronu da məlumatlandırıb.  /Sputnik Azərbaycan

Oxşar xəbərlər

Əliyev-Putin-Nikol görüşünün təfərrüatı... - Katolikos
İlham Əliyevlə Paşinyanın görüşəcəyi tarix açıqlandı - Erməni KİV
Peskovdan Paşinyanın Putinlə bağlı açıqlamasına Reaksiya
Sülhməramlılar Gorusdan Dağlıq Qarabağa yola düşüb
Putinlə İlham Əliyev Qarabağ məsələsini müzakirə etdi
Putin Təhlükəsizlik Şurasının iclasını keçirib - Qarabağdakı vəziyyət müzakirə olunub
Təslim olduğumuzu mətbuatdan öyrəndim - Ermənistan prezidenti
İlham Əliyevlə Paşinyan Moskvada görüşə bilər - KİV anons etdi
Bu gün Ermənistanda Paşinyanın istefa tələbi ilə yürüş keçiriləcək
Putindən Şuşa ilə bağlı maraqlı açıqlama
Putin Paşinyanı niyə rədd etdi? – Sarkisyanın Moskva səfərinin pərdəarxası
Paşinyan bu dəfə Putinə məktub yazdı
Ərdoğanın Bakı səfərinin TƏFƏRRÜATI
Putin bir gündə beş naziri istefaya göndərdi
Ermənilər Putindən yenə kömək istədilər
“Sülhməramlılar 300 kilometr məsafə qət ediblər” - VİDEO
Paşinyan yenə Putinə zəng etdi
Paşinyan ermənilərdən qaçıb Moskvaya getdi - Video
İlham Əliyev Paşinyanla görüşdü: Qarabağ müzakirəsi...
Ermənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli olub
Yerevanla Moskva arasında yeni Qarabağ müzakirəsi - Paşinyan bir saatda iki dəfə Putinə zəng edib
Paşinyan Rusiyadan yenə kömək istədi
Putin geniş mətbuat konfransı keçirəcək - Vaxt açıqlandı
Putindən Paşinyana daha bir sillə
Paşinyan kömək istədi, Rusiya "yox" dedi
Paşinyan erməni əsir və meyitlərlə bağlı Rusiyadan yardım istədi
İrəvan artıq anlamalıdır: Qarabağ, “artsax” yox - Mixaylov
Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə edib
Ermənistan liderləri Əliyevlə görüşməmək üçün özlərini təcrid etdilər