Koronavirusun daha bir təhlükəli növü Rusiyada aşkarlandı
12-01-2021, 09:26
180

Koronavirusun daha bir təhlükəli növü Rusiyada aşkarlandı

Rusiya alimləri xəstələrdən birinin orqanizmində koronavirusun 18 yeni mutasiyaya uğramış növünün vəziyyətini izah edən preprint hazırlayıblar.
Qeyd edilir ki, Skolkovsk adına Elm və texnologiyalar (Skoltex) institutunun alimləri Rusiya Elmlər Akademiyasının A.A Xarkeviç adına İnformasiyanın ötürülməsi problemləri İnstitutunun, İ.M.Pavlov adına Birinci Dövlət Tibb Universitetinin tədqiqatçıları ilə birlikdə elmi iş hazırlayıblar.
Preprintdə koronavirusa yoluxmuş 47 yaşlı qadının xəstəlik tarixçəsi qeyd edilib. O, apreldə kimya terapiya üsulu ilə müalicə olunarkən palatada koronavirusa yoluxub. Həmin vaxtdan ondan PZR üsulu ilə dəfələrlə analiz götürülüb və test ötən ilin 9 sentyabrına qədər müsbət nəticələr verib.
Virusun yeni variantının mutasiyaları daha əvvəl SARS virusunun inkişafı zamanı müşahidə olunan növlə uyğun gəlir.
Rusiya alimlərinin aşkarladıqları on səkkiz mutasiyadan ikisi daha əvvəl Danimarkada su samurlarında da tapılıb. Həmin vaxt bu ölkədə patogenin yeni variantının daha sürətli çoxalmasından və peyvəndin effektivliyinin şübhə altına düşə bilməsindən ehtiyatlanaraq heyvanları məhv ediblər.
"Sputnik V" koronavirus vaksininin istehsalçısı Aleksandr Qinsburq da qeyd edib ki, Rusiyada koronavirusun unikal ştammının olması ehtimalı var.
Qeyd edək ki, ötən il dekabrın ortalarında Britaniyada koronavirusun yeni ştammı aşkarlanıb. Eyni zamanda bir neçə gün əvvəl Yaponiya alimləri də COVID-19-un daha bir növünü qeydə aldıqlarını xəbər veriblər.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri bir neçə dəfə koronavirusun mutasiyaya uğrayacağı barədə xəbərdarlıq ediblər. Koronavirusun yeni ştammları daha çox yoluxdurucu olduğundan əvvəlki variantla müqayisədə 70% sürətlə yayılır. Lakin COVID-19-un bu variantından ölüm və ya ağırlaşma halları hələ müşahidə edilməyib. /Report

Oxşar xəbərlər

Avropanın bu ölkələrində koronavirusun yeni növü aşkarlandı
İtaliyada koronavirusun mutasiyaya uğramış növü yayılıb
Avropanın 22 ölkəsində koronavirusun yeni növü qeydə alınıb
"Britaniya ştammı" daha 2 ölkədə aşkarlandı
Köhnə vaksinlər yeni virusu nə qədər əngəlləyə bilər?
Mutasiyaya uğramış koronavirusa yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
Yaponiyada 5 nəfərdə mutasiyaya uğramış təhlükəli koronavirus tapıldı
COVID-19-un yeni növü təhlükəli hesab edilmir
Alimlər açıqladı: hansı insanlar koronavirusa yoluxmur?
Rusiyada peyvənd vurulan 20 nəfər koronavirusa yoluxdu
Virusun yeni variantı daha sürətlə yayılır – Dünya səhiyyəsi şokda
Almaniyada da koronavirusun mutasiyaya uğramış təhlükəli növü tapıldı
Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”
Azərbaycan diasporunun rəhbəri koronavirusdan vəfat edib - Foto
Koronavirus indi daha sürətlə yayılır
Koronavirusun daha dəhşətli növü yayıldı
Koronavirusun mutasiyaya uğrayan yeni növü ABŞ-da da tapıldı
Rusiyada daha 596 nəfər koronavirusun qurbanı olub
ÜST COVID-19-un yeni növü ilə bağlı iclas çağırır
Azərbaycanda koronavirusun yeni ştamı aşkarlanıb? - RƏSMİ AÇIQLAMA
500 min amerikalının öləcəyi proqnozlaşdırılır
Yeni təhlükəli virus sərhədlərimizə çatdı - İranda da tapıldı
Rusiyada koronavirusa qarşı peyvəndin istehsalına başlanılıb
Koronavirusun yeni növ ilə bağlı xəbərlərə həkim münasibəti
AMEA-da “Mehdiyevsayağı islahat“: 70 yaşlı akademikin yerinə 80 yaşlı akademik gətirildi
"BioNTech/Pfizer" da effektiv olacaq" - Peyvəndin yaradıcısı
"Koronavirusun yeni dalğası daha sərt olacaq"
Rusiyada son sutkada koronavirusdan 456 nəfər ölüb
Rusiyada son sutkada 587 nəfər koronavirusdan ölüb
Yılmaz Vural yenə koronavirusa yoluxdu