ÜST vaksinasiya ilə bağlı dünya ölkələrinə çağırış etdi
12-01-2021, 11:28
80

ÜST vaksinasiya ilə bağlı dünya ölkələrinə çağırış etdi

Tibbi heyət və xüsusi riskli insanların koronavirusa qarşı peyvəndlənməsi qarşıda 100 gün ərzində dünyanın bütün ölkələrində start götürməlidir.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus deyib.
Bir sıra ölkələri “peyvənd millətçiliyi“nə görə tənqid edən baş direktor bir sıra zəngin ölkələrin indiyədək istehsal olunan peyvənd dozalarının demək olar ki, hamısını aldıqlarını, orta və yoxsul ölkələrdə isə buna görə vaksinasiya kampaniyalarının başlamadığını bildirib. Həmçinin qeyd edilib ki, bir sıra ölkələrdə “BioNTech“ şirkətinin peyvəndi kimi həssas peyvənd maddələrinin saxlaması üçün müvafiq soyuducu sistemlərin olmaması əlavə loqistik çətinliklər yaradır.
T.Qebreyesus bildirib ki, hazırda ÜST ekspertləri Çində peyvənd istehsalçıları olan “Sinovac“ və “Sinopharm” şirkətlərinə onların peyvənd maddələrinin lisenziyalaşdırılması üçün beynəlxalq standartlara cavab vermələri istiqamətində dəstəkləyirlər. Eyni zamanda ÜST “AstraZeneca“ şirkətinin peyvəndinin təhlükəsizlik və effektivliyi ilə bağlı məlumatların təqdim olunmasını gözləyir. Bütün bu işlər tamamlandıqdan və ÜST-ün standartları ödənildikdən sonra dünya bazarlarında koronavirusa qarşı tətbiq olunacaq peyvəndlərin sayı artacaq. (Report)

Oxşar xəbərlər

“Varlı dövlətlər COVID-19 peyvəndlərinin çoxunu satın alıblar“ - Baş direktor
Bu peyvəndin ciddi təsirə malik olduğu təsdiqlənib
Azərbaycan koronavirus peyvəndini hansı ölkədən alacaq? - TƏBİB-dən açıqlama
Müəllim və həkimlərə peyvənd vurulacaq
İsraildə peyvənd kampaniyasına start verildi
Koronavirus peyvəndi vurulan İsrail vətəndaşı öldü
Peyvəndləmənin başlayacağı vaxt açıqlandı
Türk alimlərin peyvəndi il sonuna kimi istifadəyə buraxıla bilər
ÜST bu vaksinin istifadəsinə icazə verdi
ÜST-dən təcili istifadə üçün icazəni ilk bu vaksin aldı
Çin peyvəndi əksər ölkələr üçün daha əlverişlidir
Peyvənd olmağa etiraz edənlər siyahıya alınacaq
Türkiyə Rusiya vaksinindən niyə imtina etdi? - Nazirdən AÇIQLAMA
Müğənni canlı yayımda koronavirus peyvəndi vurduracaq
TƏBİB: Peyvənd istehsal edən ölkələr və təşkilatlarla ikitərəfli danışıqlar aparılır
Koronavirusa qarşı dərmanların sınağına başlanılıb
Vaksinasiyadan öncə bunlar edilməlidir - HƏKİM RƏYİ
ABŞ-da 1 milyon insan peyvənd olundu
Səhiyyə Nazirliyi vətəndaşlara müraciət etdi
Peyvənd olunmaq istəyən şəxslərin NƏZƏRİNƏ
ABŞ koronavirusa qarşı mübarizədə SSRİ təcrübəsinə müraciət edir
Peyvənd sayəsində dünyanın ən zəngin 500 adamından biri oldu
ABŞ-da pulsuz peyvəndlənməyə başlanılır
Azərbaycanda vaksinasiya necə aparılacaq? - Baş infeksionistdən AÇIQLAMA
Peyvənd bu tarixdə hazır olacaq - mütəxəssislər açıqladı
Peyvənd olunan jurnalist COVİD-ə yoluxdu - Rusiyanın "Sputnik-V"si də cəhənnəmə getdi...
Türkiyədə koronavirus vaksini pulsuz vurulacaq
Çin yeni inaktiv vaksini təsdiqlədi
Koronavirus peyvəndi pulsuz və könüllü olacaq
Elm bəşəri bəlaya qalib gəlir: “Sinovac” koronavirusun kökünü kəsir