Rusiyada bir hərbi yük maşını 5 avtobusdan ibarət hərbi konvoyla toqquşub. 
Zəncirvari qəzada əsgərlərdən 4-ü həyatını itirib, 45-i isə yaralanıb. 
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, yaralılardan 16-nın vəziyyəti ağırdır. Yük maşını sürücüsü nəzarətə götürülüb.