İranda ötən sutka ərzində 98 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bununla da İranda bu virusdan ölənlərin sayı 56 360 nəfərə çatıb.
İranda ötən 24 saat ərzində 6 408 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 299 022 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 507 nəfərin vəziyyəti ağırdır.
İranda indiyədək 1 088 456 nəfər koronavirusdan sağalıb, 8,26 milyondan çox diaqnoz testi həyata keçirilib.
Hazırda İranda 30 rayon narıncı zona, 219 rayon sarı zona, 192 rayon isə mavi zona hesab olunur.