Məşhur fotoqraf Fransa kanalında Şuşadan danışdı
16-01-2021, 12:52
44

Məşhur fotoqraf Fransa kanalında Şuşadan danışdı

Məşhur fotoqraf Reza Deqati Fransanın TV5MONDE televiziya kanalının qonağı olub.
“BakuPost” xəbər verir ki, o, verilişdə Şuşa şəhərinin tarixindən danışıb, onun əsasının Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulduğunu diqqətə çatdırıb.
Reza Deqati vurğulayıb ki, Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Şuşa məşhur bəstəkarlar, musiqiçilər, şairlər, yazıçılar yetişdirib. Veriliş zamanı Şuşa şəhərinin tarixi mərkəzini əhatə edən qala divarları nümayiş etdirilib. Şəhərin 30 illik erməni işğalından azad olunduğu bildirilib.
Məşhur fotoqraf İkinci Qarabağ müharibəsi zamanı Fransa mediasının nümayiş etdirdiyi qərəzlilikdən də bəhs edib. O deyib ki, Fransa mediasının bütün jurnalistləri müharibə zamanı Ermənistan tərəfinə getdilər. Təxminən yüzə yaxın fransız jurnalist münaqişəni Ermənistan tərəfindən işıqlandırırdı. “Azərbaycan tərəfində isə mən Fransadan olan yeganə jurnalist idim. Mən adətim üzrə münaqişə zonalarına gedərək insanların çəkdikləri iztirabları işıqlandırmağa çalışıram. Birinci Qarabağ müharibəsi zamanı - 1992-ci ildə də mən Azərbaycan tərəfində idim. Mən Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş kütləvi qırğını, Azərbaycan xalqının əzablarını gördüm və bütün bunları lentə alaraq yaymağa çalışdım”, - deyə o qeyd edib.
Reza Deqati verilişdə Ermənistanın döyüş zonalarından uzaqda yerləşən Azərbaycan şəhərlərini, mülki əhalini kasetli bombalarla hədəfə almasından da danışıb. O, Bərdə şəhərinin Ermənistan tərəfindən raket atəşinə məruz qaldığını, mülki əhalinin qətlə yetirildiyini qeyd edib. Fotoqraf erməni bombardmanının qurbanı olmuş Bərdə sakininin dəfn mərasimini əks etdirən şəkli göstərərək, müharibə zamanı Ermənistanın mülki əhalini qətlə yetirdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, kasetli bombaların Cenevrə Konvensiyaları ilə qadağan olunmasına baxmayaraq, Ermənistan bu silahlardan istifadə etdi və təkcə Bərdədə 20-dən çox mülki şəxs həlak oldu.
Fotojurnalist bildirib ki, o, yalnız müharibədən əziyyət çəkən mülki insanların əzabını dünyaya çatdırmaq istəyir.
Reza Deqati veriliş zamanı Azərbaycandakı multikulturalizmdən də bəhs edib, bununla bağlı çəkdiyi fotoları nümayiş etdirib. O, Azərbaycanda müxtəlif dini icmaların birgə mehriban şəraitdə yaşadıqlarını vurğulayıb. Fotojurnalist Azərbaycanın dini tolerantlığı ilə həmişə diqqəti cəlb etdiyini bildirib. O vurğulayıb ki, Azərbaycan dini tolerantlıq baxımından dünya dövlətlərinə nümunədir və hətta Avropa ölkələrində də bu cür tolerantlıq yoxdur.

Oxşar xəbərlər

Dünya şöhrətli fotoqrafın 28 illik arzusu çin oldu: “Azad Şuşada ilk çay...” - Foto
Bülbülün xarabalığa çevirilmiş ev-muzeyi - FOTO
Dünya şöhrətli fotoqrafdan qələbə müjdəsi
“Fransa rəhbərliyi erməni təbliğatının fiquru olmağı dayandırmalıdır” - Amerikalı ekspert
"Şuşa şəhərinin adı “Şuşi” deyil, Şuşadır" - PA rəsmisi Fransaya XİTAB ETDİ
Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək - Səfir
İranın Şuşa təbriki
Erməni mediası Şuşa haqda nə yazır? – Noyabrın 9-da…
Fransa II Qarabağ müharibəsində iştirak edən vətəndaşları ilə bağlı istintaqa başladı
Ermənilər Ağdamdan çıxarkən bu məscidi də yandırıblar - FOTO
Qubadlıdakı məsciddən yeni - FOTOLAR
Şuşa işğaldan azad edildi – Prezidentdən şad xəbər
Mədəniyyət Nazirliyi Şuşa şəhərilə bağlı hərəkətə keçdi
“İlham Əliyevin qətiyyətini sındıra bilmədilər!” – Rəsul Quliyev
Səfirlik qarşısında etiraz aksiyası keçirilib: “Fransa, ATƏT-dən rədd ol!” - Video
Azərbaycanın böyük qələbəsi bəşəriyyətin tarixini dəyişəcək - Şevçenko
Moskvadakı ermənilər Şuşadakı muzeyə 300 rəsm əsəri hədiyyə edib
Şuşanın tarixi mərkəzi UNESCO-nun irs siyahısına salınır
Tərtərə atılan fosfor bombasının zərərsizləşdirildiyi an - FOTOLAR
BƏƏ-də yaşayan azərbaycanlılar qələbəni qeyd etdi
Fransa XİN Senatın qərarına münasibət bildirib
Akardan Fransa Senatının Qarabağla bağlı qətnaməsinə SƏRT REAKSİYA
Qənirə Paşayeva şəhid Xudayar Yusifzadənin qardaşı ilə görüşüb
“Ermənilər burada ölülərlə döyüşürdü” - “Dojd” telekanalı Füzulidə (VİDEO)
“Şuşa və Xankəndidəki Ermənistan hərbçiləri mühasirəyə alınıb” - Geriyə yol yoxdur
“Övladlarımız əlbəyaxa döyüşlə Şuşada bayraq qaldırdı” - Ali Baş Komandan
Makrondan Qarabağ tviti: Buna hazırıq!
Ermənistanın acı etirafı
Dilqəmlə Şahbaz təhlükəsizliyilə bağlı danışıqlar gedir
Şuşanın gəzməli-görməli yerləri - Video