“WhatsApp” tənqidlərə görə geri addım atdı
16-01-2021, 13:05
42

“WhatsApp” tənqidlərə görə geri addım atdı

“WhatsApp” yazışma xidməti istifadəçilər arasında əks-səda doğuran istifadəçi müqaviləsi ilə bağlı yenilənmənin tətbiqini təxirə salıb.
Bu barədə “WhatsApp” rəhbərliyinin bəyanatında qeyd olunub.
Mesencer yeniləmənin tətbiqetmə tarixini 8 fevraldan 15 may tarixinə qədər dəyişdirib.
“Sosial şəbəkə rəhbərliyi istifadəçilərə yeni siyasəti izah edə bilmək, şərtləri nəzərdən keçirib qəbul etmələri üçün onun tətbiq edilməsini 16 may tarixinə qədər təxirə salır. Fevralın 8-i heç bir hesab bloklanmayacaq və silinməyəcək”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, dünyanın ən çox işlədilən mesenceri “WhatsApp” 2021-ci ilin 8 fevral tarixindən yeni xidmət şərtlərinin və yeni gizlilik siyasətinin tətbiq olunacağını bəyan edib.
Şirkət dezinformasiyalarla mübarizə məqsədilə ona da aydınlıq gətirib ki, bütün şəxsi danışıqlar başdan-başa şifrələnmiş şəkildə qalacaq, nə “WhatsApp”, nə də “Facebook” şəxsi yazışmaları görə biləcək. Bununla yanaşı, məkan məlumatları da gizli qalacaq və buna görə də “Facebook”da paylaşıla bilməyəcək.
Şəxsi məlumatlar arasında istifadəçinin yerləşdiyi ərazi, “ailə”yə aid yüklədiyi və ya sildiyi proqramlar, sosial şəbəkələrdəki iştirakı əhəmiyyət kəsb edir.
Qeyd edək ki, “WhatsApp” mesenceri bundan əvvəl fərdi məlumatların “Facebook”a köçürülməsinə dair bir bənd əlavə etməklə istifadəçi müqaviləsini yeniləmişdi. Razılaşmanın mətnində bildirilirdi ki, “Facebook” korporasiyasının bir hissəsi olaraq “WhatsApp” istifadəçilərin vərdişlərini və zövqlərini təhlil etmək üçün onlar haqqında lazımi məlumatları şirkətin bütün “tətbiq ailəsi” ilə bölüşəcək.

Oxşar xəbərlər

Səlcuq Bayraktar da "WhatsApp"ı sildi
“WhatsApp”la bağlı vacib məlumat: Fevralın 8-dən sonra... - VİDEO
"WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ: Şəxsi məlumatlarınız paylaşılacaq
Yanvarın 1-dən “WhatsApp” bu telefonlarda işləməyəcək
Milyonlarla istifadəçi "WhatsApp"sız qalacaq - SİYAHI
“WhatsApp” yeni məxfilik müqaviləsinə aydınlıq gətirdi - FOTOLAR
“WhatsApp”dan tarixi rekord
“WhatsApp”da yeni funksiya işə salınacaq
“Whatsapp” istifadəçilərinin diqqətinə
İzlənən “WhatsApp” yazışmaları haqda önəmli açıqlama
Bakı-Naxçıvan reyslərinin sayı artırılır
“WhatsApp”da bu yolla başqalarının mesajları oxunurmuş...
“WhatsApp”da yeni funksiya
“WhatsApp” istifadəçilərinə qarşı “fişinq” hücumlar həyata keçirilir - NRYTN
Bu dəfə müəllim və tələbələr “fişinq”in hədəfi oldular - Xəbərdarlıq
"Telegram"ın aktiv istifadəçi sayı 500 milyonu keçdi
Fevralın 27-dən məktəblər və universitetlər açılır? — RƏSMİ CAVAB
Müəlliminin ölümünə səbəb olan həkimdən daha bir şikayət (FOTOLAR)
Prezident sosial şəbəkədə öz telefon nömrəsini paylaşdı
“Google” yeni əməliyyat sisteminin təqdimatını təxirə salıb
Moskvadan Bakıya bilet satışı növbəlik qaydasında olacaq
Oğlu tərəfindən öldürülən Nofəlin dostu: “Qardaşı onunla mənim qədər yaxın deyildi”
Moskvada yeni məhdudiyyətlər tətbiq ediləcək
"Twitter" Trampın hesabını birdəfəlik blokladı
Düşmən əks-təbliğat üçün məlumat əldə eləməyə çalışır - XƏBƏRDARLIQ
Gürcüstanda komendant saatı elan olundu
Sahil Babayevin səriştəsizliyi vətəndaşları dələduzlarla üz-üzə qoyur... - NARAZILIQ...
"Asan imza" sertifikatlarıyla bağlı YENİLİK
Şuşanın azadlığından sonra himnimizi qələbə ovqatında oxudular - VİDEO
Mark Trampın sosial şəbəkə hesablarını dondurdu