Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub?
19-01-2021, 09:20
50

Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub?

Ermənistanda müxtəlif malların üzərindəki etiketlərlə bağlı qalmaqal səngimir.
Bir müddət əvvəl Türkiyə istehsalı olan hərbi geyimlər narahatlıq yaratmışdı. İndi isə Ermənistan mağazalarında üzərində azərbaycanca sözlər yazılan ərzağın görünməsi ciddi müzakirə mövzusuna çevrilib.
Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi
“Sputnik Armenia”nın “Telegram” kanalında mövzuya uyğun foto verilib. Burada əla növ buğda unu bağlamasının üzərində azərbaycanca məlumat verilməsi gözə dəyir. Nəşr məsələni araşdırmaq qərarına gəlib. Məlum olub ki, azərbaycanca etiket təkcə un və un məmulatlarının üzərində müşahidə edilməyib. Bir sıra ərzaq məhsullarının üzərində bizim dildə ifadələr var.
Ermənistanda ərzaq təhlükəsizliyi və yeyinti məhsullarıyla bağlı qanunvericiliyə görə, ayrı-ayrı malların üzərində azərbaycanca etiketin olması qanun pozuntusu sayılmır. Çünki məhsul ixrac edən tərəfin bölgədəki dilləri nəzərə alması normativlərə uyğundur. Ermənistanda, adətən, ərzaq məhsullarının üzərində keçmiş SSRİ respublikalarının dillərində ifadələrə rast gəlinir. İndiyə qədər azərbaycanca etiketlər qanunla qadağan olunmayıb. Qanunu nəzərə alaraq, ərzaq məhsullarının təhlükəsizliyi xidmətinin müfəttişləri həmin məhsulların bazara çıxmasına əngəl olmur. Dövlət xidmətindən “Sputnik Armenia”ya bildiriblər ki, qanunvericilikdə dəyişiklik məsələsi ilə bağlı yalnız İqtisadiyyat Nazirliyi qərar verə bilər.
Bəzi məhsulların üzərində yalnız iki dildə - ermənicə və azərbaycanca etiketlər gözə dəyir. Böyük ehtimalla bu məhsullar həm Ermənistana, həm də Azərbaycana ixrac olunur.
Yerli sakinlərin diqqətini həm də “Rafaello”nun üzərindəki “ləzzət” ifadəsi çəkib. Çünki ermənilər danışıqda bu sözdən istifadə edir.
“Sputnik Armenia” yazır ki, azərbaycanca etiketlərdən çox, Azərbaycandan gəldiyi ehtimal olunan məhsullara diqqət ayırmaq lazımdır. Misal kimi nar göstərilib. Ermənistanda Gürcüstandan gətirilən narın məhz Azərbaycanda yetişdirildiyini düşünürlər.
Son günlər Ermənistan saytlarındakı fotoşəkillərdə Azərbaycana məxsus hərbi geyimdə 4 şəxsin İrəvan supermarketlərindən birində alış-veriş etməsi əksini tapmışdı. Buna görə böyük qalmaqal yaranmışdı. Sonradan Ermənistan Müdafiə Nazirliyi açıqlama yayaraq həmin şəxslərin İrandan gəldiyini bildirmişdi. /Bizimyol.info

Oxşar xəbərlər

Ermənistanın könüllülərdən tələbi: “Azərbaycan dilini bilməlisən” - FOTO
Müdafiə Nazirliyi və DSX-yə 7.6 milyon manatlıq məhsullar verildi - Video
Qafanda ekskavatorla sərhəd xətti qazılır - VIDEO
Azərbaycanlılar vəsaitinin 50 faizə qədərini ərzağa xərcləyib - RƏSMİ
Ermənistanda kişilərin ölkəni tərk etməsi qadağan olundu
Ermənistan ərzaq böhranı astanasındadır
Azərbaycan ordusunda YENİLİK: hərbçilərə pul əvəzinə ərzaq veriləcək
Azərbaycanda ehtiyatda olanlar təlimə çağırıldı - Ermənistanda panika yarandı
Ermənilər qorxuya düşüb: Ruslara Zəngəzurda hərbi baza yaratmağı təklif edirlər
Azərbaycan daha dörd hərbi əsiri Ermənistana qaytardı
Ermənistanı çörək qıtlığı və bahalaşma gözləyir - Erməni nazir
Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir - MN
Ermənistan yeni itkilərini açıqladı - Daha 44 ölü
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 228 nəfərə çatıb
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 1 413 nəfərə çatıb
Ölüm hallarının sayına görə Ermənistan dünyada dördüncüdür
Ermənistanda son sutkada daha 8 nəfər koronavirusdan ölüb
Polis və hərbi qulluqçular Bakı küçələrində nəzarəti gücləndirdi
Ermənistanda səfərbərlik elan edildi
Bu gün Ermənistanda Paşinyanın istefa tələbi ilə yürüş keçiriləcək
Ermənistanda COVID-19-a yoluxanların sayı 43067 nəfərə çatıb
Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib - Daha çox nəyə?
Ermənistanda əsgər ailələri aksiya keçirdi
Xankəndi tamamilə boşaldılıb - Erməni hərbçiləri belə yoxdur (FOTO)
Hərbi hissənin komandanlığı qaçdı, erməni hərbçilər özbaşına qaldı - VİDEO
Türkiyə Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq!
Azərbaycanda bu məhsulların qiyməti bahalaşdı
Bazarda köhnə ərzaq İDDİASI: - “Tarixini dəyişib yenidən satırlar”
Hulusi Akarın mesajı: “Türk sülhməramlıları Qarabağda olmadan...”
"Ermənistan tarixinin biabırçı səhifəsi..." - Paşinyanın istefası tələb olunur