S-300 komplekslərinin işə yaramadığı açıqlandı
3-05-2020, 15:30
237

S-300 komplekslərinin işə yaramadığı açıqlandı

Suriya hərbçiləri Rusiyanın bu ölkədə yerləşdirdiyi S-300 zenit-raket komplekslərinin İsrail aviasiyasına və qanadlı raketlərinə qarşı işə yaramadığını etiraf edir.
Bu haqda "Middle East Monitor" nəşri yazır. Nəşrin bildirdiyinə görə, suriyalı hərbçilər S-300 komplekslərinin radarlarının İsrail qanadlı raketlərini ümumiyyətlə "tanımadığını" deyirlər. Bu, İsrailin Suriya ərazisinə hava hücumları zamanı dəfələrlə sübut olunub.
Bildirilir ki, digər Rusiya hava və raketdən müdafiə sistemləri "daha da bərbaddır" və müasir hava döyüşlərində tətbiq edilmək üçün yararsızdır. Bununla belə suriyalı hərbçilər Çin istehsalı olan uzaqməsafəli JY-27 və JYL-1 radarlarını tərifləyirlər. Həmin radarların Rusiya istehsalı olan zenit-raket kompleksləri ilə inteqrasiyası "müəyyən uğurlara" səbəb ola bilər.
Qeyd edək ki, Rusiya 2018-ci ilin payızında Suriyaya S-300 "Favorit" zenit-raket kompleksləri göndərib və həmin kompleksləri "təmənnasız olaraq" Suriya ordusuna verib. Bundan sonra İsrail aviasiyası Suriyaya hava reydlərini bir müddət dayandırıb, lakin daha sonra yenidən Suriyadakı İran hədəflərini vurmağa başlayıb. Və hər dəfə Suriyanın havadan müdafiə sistemləri bu hücumlar qarşısında aciz qalıb. S-300 komplekslərinin İsrail hücumlarına qarşı tətbiqi haqda indiyədək heç nə məlum deyildi.

Oxşar xəbərlər

Putinin Ər-Riyada S-400 təklifi: “Patriot”u ələ saldı?
ABŞ Suriya ordusunu bombaladı, 1 hərbçi öldü
Türkiyə S-400-lərin quraşdırılacağı tarixi açıqladı
Bağdadın "yaşıl bölgə" adlanan hissəsinə raket atılıb
Bolton rahib Bransonun necə azad edildiyindən danışıb
İsrail tankları Qəzza zolağına zərbələr endirdi
Azərbaycanlılar rahat yatsın, İsrail buna yol verməz - Diplomat
Terrorçuların rəhbəri Arutyunyanın Gəncə təhdidi - Nə qədər real görünür?..
Suriya Milli Ordusu Türkiyəyə gəlir: Gözlənilməz həmlə...
Putindən Suriya açıqlaması: Bunu bacardıq!
Rusiya daha üç ölkəyə uçuşları bərpa edir
“The EurAsian Times” nəşri Rusiyanın Ermənistana silah təchizatı ilə bağlı Azərbaycanın narahatlığından yazıb
Bu gün 700-ə yaxın Rusiya vətəndaşı Azərbaycandan təxliyyə olunacaq
Türkiyə bu ölkəyə ordu yeridir və Su-57 alır?
Rusiyadan Ermənistana daha bir hərbi dəstək - Yeni Su-30SM qırıcıları verir
Putin nəhəng kosmodromu Ərdoğana niyə təklif etdi?
"Yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar alınır" - DSX rəisi
Ərdoğanla Putin telefonla danışıb
FSB direktoru Minskdə: Onu Rusiya Müdafiə Nazirliyinin yetkililəri də müşayiət edib?
Azərbaycan Naxçıvanda yüksək dəqiqlikli yeni raket sistemləri yerləşdirib - DÜŞMƏNİ GÜDƏN “PƏLƏNG”
Türkiyə Ordusu Suriyada daha bir yaşayış məntəqəsini terrorçulardan təmizlədi
Havada koronavirusu müəyyən etmək mümkün olacaq
Suriya partlayışdan sonra qaranlığa qərq oldu
“Dövlət bilir!” - Putinlə Ərdoğan yenə hakimiyyətdə qalacaqlar...”
“Əsəd istəməsə Rusiya Suriyadan çıxacaq” - Putin Türkiyəyə dolayısı ilə etiraz etdi
Rusiyada koronavirusa qarşı peyvəndin istehsalına başlanılıb
Alman radarları F-35-ləri yaxaladı – ABŞ-a böyük şok
İsrailin baş naziri karantinə alındı
ABŞ-da skandal görüş – Terrorçuları qəbul etdilər, üstəlik…
Norveçdə Rusiya kəşfiyyatına işləməkdə şübhə doğuran şəxs həbs olunub